Çinin məqsədi dolların hegemonluğuna son qoymaqdır
Tarix: 08.10.2014 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Hazırda dünyada gedən ciddi geosiyasi proseslər növbəti bir neçə il ərzində bəşəriyyətin güc tarazlığını dəyişə bilər. Qeyd edək ki, bütün bu tədbirlərin əsas təşəbbüskarı Amerika Birləşmiş Ştatları hesab edilsə də, lakin əslində o, tək deyil. Çox mühüm əhəmiyyət kəsb edən həqiqət Çinin qiymətli metal bazarının formalaşması üçün Şanxay Qızıl Birjası əsasında mərkəz yaratmaq cəhdidir.
Bu barədə «Zerohedge» nəşri məlumat yayıb: “ Statistika üzrə iqtisadçı Cimm Villi hesab edir ki, Çin Amerikanın əsas fond birjası olan «Comex»in qızıl dövriyyəsindən aralanmaq istəyir. Bununla o, qızılın qiymətində kəskin dəyişiklik etmək heabına valyuta sisteminin yenidən təşkil edilməsinə çalışır. Ekspertin iddiasına görə, yaxın gələcəkdə Çin qızılın cari qiymətini ən azı iki dəfə artıracaq və bu da öz növbəsində, «Comex» derivativlərlərinə dağıdıcı təsir göstərəcək. Hazırda dolların kursunu qorumaq üçün qızılın qiyməti süni şəkildə azaldılır. Villinin sözlərinə görə, son bir neçə il ərzində «Comex»in statistikasına baxsaq, aydın olur ki, burada qızılın başqa yerə çatdırılması və müqavilələrin icrası margin, yəni real yox,köçürmə ilə baş verir. Bu da tezliklə Şanxay birjasının qızılın real qiymətinin müəyyənləşdirilməsində yeganə bir yer olacağına zəmin yaradır. Təxminən bir həftə əvvəl Şanxay Qızıl Birjası qızılın real çatdırılması yolu ilə müqavilələr təklifinə başlayıb. Bu təbii ki, London və Nyu-Yorkdakı qızıl ticarəti bazarları üçün ciddi təhlükə yaradır. Maraqlı cəhət də ondadır ki, proses başladıqdan dərhal sonra Honqkonqda iğtişaşlar baş qaldırıb. «Amma yenə də son addım Çinindir. Onlar Şanxay qızıl mərkəzi yaradaraq, pul sistemindəki xaosa rəhbərlik edirlər». Bunları da Cimm Villi iddia edir. Qeyd edək ki, bəzi ekspertlər belə bir proqnoz verirdilər ki, yeni pul sisteminə keçid 2014-cü ildə, dəqiq desək, yayın sonlarında baş verəcək. Lakin, indiyə qədər bu, baş verməyib və Amerika Birləşmiş Ştatları dolların dominant mövqeyini qorumaq üçün dünyada hərbi münaqişələri qızışdırmaq hesabına belə, mübarizə aparır. Son bir neçə həftə dolların kursu digər valyutalara nisbətən çox artıb. Bu da ilk növbədə, dünyadakı mərkəzi bankların daha çox qızıl alması hesabına baş versə də, qızılın qiyməti çox aşağı səviyyədədir. Bir daha qeyd etmək lazımdır ki, Çinin qızıl satışı ilə bağlı planı həyata keçsə, Qərb valyuta sisteminin hegomonluğuna son qoyulacaq”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info