TAP-ın reallaşması ilə Azərbaycan Avropanı qazla təmin edən əsas ölkəyə çevriləcək
Tarix: 09.10.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Romada Azərbaycanın İtaliyadakı səfirliyinin, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun, Asiya və Aralıq dənizi üzrə İtaliya İnstitutunun birgə təşkilatçılığı ilə “20 sentyabr - Azərbaycan və Avropa üçün yeni üfüq olan TAP layihəsinin təməl daşı” mövzusunda konfrans keçirilib. Konfransı açan deputat Ettori Rozato bildirib ki, Prezident İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”dən qaynaqlanan tədbir TAP layihəsinin strateji əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyır.
İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti xanım Marina Sereni TAP layihəsini iki ölkə arasında əlaqələrin gücləndirilməsinin vacib faktoru kimi qiymətləndirib. Azərbaycanın dünya enerji siyasətində önəmli ölkə olduğunu vurğulayan M.Sereni “Cənub” qaz dəhlizinin reallaşmasının ölkəsi üçün əhəmiyyətini qeyd edib.
İtaliyanın kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti nazirinin müavini Andrea Olivero çıxış edərək Azərbaycanın strateji baxımdan önəmini vurğulayaraq qeyd edib ki, İtaliya bu ölkənin qeyri-neft sektorunun bir çox sahələri ilə yaxından maraqlanır.
Tədbirdə çıxış edən səfirliyimizin müşaviri Vüqar Hacıyev konfransın Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyətini nəzərdən keçirmək baxımından əhəmiyyətini vurğulayıb. Sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimi xatırladan diplomat bildirib ki, bu əlamətdar hadisə ölkələrimiz arasındakı əlaqələrə müsbət təsirini göstərəcək.
V.Hacıyev cari ilin iyulunda Prezidentin İtaliyaya səfəri çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” haqqında məlumat verib. Diqqətə çatdırıb ki, bu, Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu bir daha göstərir. Azərbaycanın birinci ticarət tərəfdaşı olan İtaliya ilə enerji sahəsində əlaqələri yüksələn xətlə inkişaf edir. TAP layihəsinin reallaşması ilə Azərbaycan Avropanı qazla təmin edən əsas ölkəyə çevriləcək. Diplomat qeyd edib ki, hazırda bir çox İtaliya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna böyük maraq göstərirlər. Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi siyasətinə uyğun olaraq tikinti, infrastruktur, İKT, ərzaq sənayesi, kənd təsərrüfatı, turizm və digər sahələr italiyalı iş adamlarının maraq dairəsindədir.
Daha sonra İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Angelo Todaro, Deputatlar Palatasının üzvü xanım Marietta Tidei, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrədəki nümayəndəliyinin əməkdaşı Gunter Seymous və İtaliyanın “İstituto Affari İnternazionali” beyin mərkəzinin aparıcı tədqiqatçısı xanım Nona Mikhelidze çıxış edərək fikirlərini bölüşüblər. Əsasən enerji mənbələrinin şaxələndirilməsinin vacibliyinin vurğulandığı tədbirdə TAP layihəsinin vəd etdiyi perspektivlər, Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olması kimi məsələlər də diqqət mərkəzində olub.
Tədbirdə İtaliyanın dövlət və hökumət rəsmiləri, deputatlar, Romada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif enerji şirkətlərinin əməkdaşları, ekspertlər, tədqiqatçılar və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan
20.09.2019
Türkiyә prezidenti sabah ABŞ-a sәfәr edәcәk
20.09.2019
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info