ABŞ-ın “Vaşinqton həyatı“ jurnalında Mehriban Əliyeva haqqında məqalə
Tarix: 09.10.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


ABŞ-ın nüfuzlu “Vaşinqton Həyatı” (Washington Life) ictimai jurnalının oktyabr sayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalə dərc olunub. Heydər Əliyev Fondundan verilən məlumata görə, məqalədə Mehriban xanım Əliyevanın qadın hüququ, dinlərarası dialoq və tolerantlığın təşviqi sahəsində fəaliyyəti xüsusi qeyd edilib.
Məqalədə, həmçinin Vaşinqtonda fəaliyyət göstərən Müsəlman Qadınları Assosiasiyasının üzvlərinin müsahibələri yer alıb. Müsahibələrdə müsəlman ölkələrinin ABŞ-dakı səfirlərinin həyat yoldaşları adıçəkilən Assosiasiyanın fəaliyyəti barədə, eyni zamanda, müsəlman ölkələrində qadın hüququ və tolerantlıqla bağlı fikirlərini bölüşüblər.
Azərbaycanın ABŞ-dakı səfirinin həyat yoldaşı Lalə Əbdürəhimova müsahibəsində qadın hüququnun, dinlərarası dialoq və tolerantlığın təşviqi sahəsində Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın dünyada nümunəvi şəxs olduğunu bildirib.
Daha sonra müsəlman cəmiyyətlərində qadınların rolunun artırılması baxımından Assosiasiyanın çox mühüm işlər gördüyünü, 1918-ci ilin may ayında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin dinindən, dilindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlarına seçki hüququ verən ilk müsəlman ölkəsi olduğunu vurğulayıb.
Azərbaycanın ABŞ-dan daha əvvəl qadınlara seçki hüququ verdiyi də məqalədə əksini tapıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info