İrandan sanksiyalarla üzləşən Rusiyaya dəstək
Tarix: 09.10.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


İran Rusiyaya balıq və balıq məhsulları ixrac etməyə hazır olduğunu bəyan edib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
İranın Balıqçılıq Təşkilatının sədri Həsən Salehi deyib ki, indiyədək balıq və balıq məhsulları sahəsində çalışan 10 şirkət Rusiyaya öz məhsullarını ixrac etmək üçün hazırdır: "Rusiya ildə 100 min ton müxtəlif növ balıq və balıq məhsulları idxal edir və İranın Hörmuzqan əyalətinin RF-nin balıq və balıq məhsullarına olan təlabatının 60 faizini təmin etmək potensialı var".
H.Salehinin sözlərinə görə, İrandan Rusiyaya balıq və balıq məhsullarının ixracı ilə bağlı danışıqlar iki ölkənin prezidentlərinin Həştərxanda keçirilən görüşündə baş tutub.
Qeyd edək ki, ABŞ və Aİ ölkələrindən Rusiyaya hər il milyardlarla dollar dəyərində ərzaq idxal olunurdu. Qərb ölkələri Ukraynadakı münaqişədə iştirakına görə Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib. Sanksiyalardan sonra avqust ayında Rusiya ABŞ-da istehsal olunan "bütün növ ərzaq məhsullarının", o cümlədən "Avropa İttifaqından gətirilən bütün meyvə və tərəvəz", eləcə də balıq məhsullarının idxalının dayandırılacağını açıqlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Macarıstanda Türk Konseyinin Avropa Qərargahı açılır
18.09.2019
Ermənistan hakimiyyətində istefa dalğası gözlənilir
18.09.2019
Paşinyanın «inkişaf strategiyası» ianə, diaspor və miqrant yardımlarına əsaslanır
18.09.2019
Türkiyə Prezident Aparatının baş müşaviri: “ABŞ “Patriot“ verəcəyi halda Türkiyənin S-400-dən imtina edəcəyini düşünməsin“
17.09.2019
Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info