Dünyanın ən qəribə toyu
Tarix: 09.10.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Ailə qurmaq üçün həyat yoldaşının axtarışları bəzi insanlarda çox uzun müddət davam edir.
London sakini olan qız isə vaxtını uzun-uzadı sərf etməyərək həyatı boyu tanıdığı adamla ailə qurub.
O, özünə ərə gedib.
Londonda yaşayan Qreys Qedlertoyunda öz-özünə ərə gelib.
24 yaşlı qızın dediyinə görə, bu ideya onun ağlına island müğənni Byorkun "İzabel" mahnısını dinləyərkən gəlib.
"Həmin anı yaxşı xatırlayıram. Perfomans sənətini öyrənirdim, 18 yaşım vardı və bu mahnını eşitdim. "Mənim adım İzabeldir, özüm özümlə evliyəm". Həmin vaxtdan bəri mahnı beynimdə idi", - deyə Qreys deyib.
Həmin vaxtdan 6 il sonra Qreys özü ilə evlənmək fikrinə düşüb.
Dediyinə görə, ailə üzvləri, qohumları və dostları bu fikri normal qarşılayıblar: "Valideynlərim çılğın təbiətimə alışıblar. Dostlardan bəziləri belə qərarın eqoizm olduğunu desələr də, məni dəstəklədilər".
Qreys Qedlerin Devonşirdəki toyunda 50 qonaq vardı və bu, nikahda həm "bəy", həm "gəlin" olan qızı çox təəccübləndirib.
"Bu qədər adamı görəndə çaşdım. Ən uzağı 20 nəfəri görəcəyimi düşünürdüm. Yeni statusum əla hisslər bəxş edib. İndi sakitəm, özümə güvənirəm. Fəqət, bundan sonra kiməsə ərə gedəcəyimi istisna etmirəm", - deyə Qrey Qedler söyləyib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info