Son 10 ildə 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilib
Tarix: 09.10.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


2014-cü ilin 9 ayı ərzində meşə fondu torpaqlarında 1 144 hektar sahədə yeni meşələr salınıb və meşə səpini işləri aparılıb, 2 milyon 242 min ağac əkilib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib ki, həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb. Onun sözlərinə görə, son 10 il ərzində 103 min hektar sahədə meşə-bərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ağac yetişdirilib: “Son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilib. Son 4-5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasında 3405 hektar ərazidə 3,5 milyon ağac əkilib, ərazi 10 min kilometrdən çox uzunluğunda müasir damcılı suvarma sistemləri ilə təmin olunub. 8160 kubmetr həcmində 10 yeraltı dəmir-beton su anbarı, 200 min kubmetr həcmində 7 torpaq su anbarı, 18 nasosxana, 40-dək müxtəlif tikililər inşa edilib, 10 kilometrlərlə elektrik xətləri çəkilib, onlarla transformator quraşdırılıb, alternativ su mənbələri yaratmaq üçün 42 kilometr iritutumlu su xətləri çəkilib, minlərlə kubmetr gübrə daşınmış və ərazilərə verilib”.
Nazir qeyd edib ki, müxtəlif bölgələrdə 1700 hektar sahədə 1,1 milyondan artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilib. Onun sözlərinə görə, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılıb. Son 2 il yarımda əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfə artaraq 2 600 hektara çatıb.
Qeyd olunub ki, damcılı suvarma sistemlərinin qurulması və müvafiq qulluq nəticəsində, sərt şəraitə baxmayaraq, arid sahələr və yüksək minerallaşmış torpaqlarda salınmış yaşıllıqlarda yüksək bitiş faizi (95-98 %) təmin olunub. 2012-ci ildə salınmış bağlar artıq məhsul verməyə başlayıb ki, onlardan indi toxum kimi istifadə olunur, lakin növbəti illərdə əmtəə xarakterli məhsul gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info