Məlumat Hesablama Mərkəzi dövlət qurumlarında monitorinqə başlayıb
Tarix: 09.10.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.1.56-cı yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin 4.1-ci yarımbəndinin tələblərinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən dövlət qurumlarında müvafiq monitorinqlərin keçirilməsinə başlanılıb. Monitorinqin keçirilməsində başlıca məqsəd dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində (İS) fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, eyni zamanda İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılmasıdır. Artıq MHM-in işçi qrupu tərəfindən Dövlət Sosial Müdafiə Fondunda, İqtisadiyyat və Sənaye Nazirliyində, Dövlət Miqrasiya Xidmətində və Ədliyyə Nazirliyində müvafiq informasiya sistemlərinin monitorinqləri keçirilmiş və həmin qurumların mülkiyyətçisi olduğu İS-lərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmışdır.
Digər dövlət qurumlarında analoji monitorinqlərin keçirilməsi tərtib edilmiş qrafikə uyğun planlaşdırılır. Monitorinq zamanı qurumların İS-ləri və ehtiyatları yerində öyrənilir və monitorinqlər başa çatdıqdan sonra digər dövlət qurumları tərəfindən bir sıra elektron xidmətlərin göstərilməsi üçün həmin quruma məxsus İS-lərinin "Elektron hökumət” portalına qoşulması və uyğun servislərin verilməsi və eyni zamanda əksinə, həmin qurumun digər dövlət qurumlarının uyğun servislərinə qoşulması üçün konkret təkliflər hazırlanacaq.
Monitorinqlərin əsas məqsədi həm də, informasiya ehtiyatlarının qanunvericiliklə müəyyən edilmiş şəkildə toplanılması, mühafizə edilməsi və digər dövlət qurumlarına "bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Xəzərdə “Quba“ adlı yeni gəmi istismara veriləcək
18.09.2019
“Akıncı“ ilk uçuşunu oktyabr ayında reallaşdıracaq
18.09.2019
Hakim ştatlarının sayı 200 vahid artırılıb
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info