Eboladan qeydiyyata alınmış birinci qurbanı kimi məşhurlaşmış Dankan öldü
Tarix: 09.10.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Texas ştatının Dallas şəhərindəki xəstəxananın pasiyenti, ABŞ-da Ebola virusunun qeydiyyata alınmış birinci qurbanı kimi bütün dünyada məşhurlaşmış Tomas Erik Dankan oktyabrın 8-də öz palatasında vəfat edib. Onun 42 yaşı var idi. ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin nümayəndələri Dankanın meyitinin kremasiya olunacağını təsdiq ediblər.
Xatırladaq ki, Dankan sentyabrın 20-də Liberiyadan Dallasa gəlib. 6 gündən sonra onun halı pisləşib, lakin tibbi müayinədən sonra o evdə müalicə olunmaq üçün xəstəxanadan evə buraxılıb. sentyabrın 28-də onun halı daha da pisləşib və onu təcrid edilmiş palataya yerləşdiriblər.
Bu gün isə Ebolanın ikinci potensial qurbanı aşkar edilib – Dallas polisinin serjantı Maykl Moninqin kəskin mədə ağrıları başlanıb. Məlum olduğu kimi, Dankan tibbi müayinə üçün xəstəxanaya yerləşdiriləndən sonra yerli səhiyyə orqanlarının nümayəndələri Zakari Tompson və Kristofer Perkins Dankanın mənzilinə gedərkən onları müşayiət etmək Moninqə tapşırılmışdı. Onlardan heç birinin qoruyucu kombinezonları yox idi. Tibbi ekspertlərin fikrincə, ehtimal ki, Moninq Dankanın mənzilində olarkən bu virusa yoluxub. Hələlik Moninqin diaqnozunu təsdiq edən məlumat yayılmayıb.
Oktyabrın 8-də ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin administrasiyasının və ABŞ Milli Təhlükəsizlik Nazirliyinin gömrük və sərhəd nəzarəti Bürosunun birgə bəyanatı yayılıb. Bəyanatda bildirilir ki, virusun ABŞ-da yayılması potensialının qarşısını almaq üçün yeni tədbirlər görüləcək, o cümlədən Qvineya, Liberiya və Sverra-Leonadan ABŞ-a gələn sərnişinlərin hərarəti ölçüləcək, onların arasında sorğu keçiriləcəkdir. Bəyanatda göstərilir ki, Nyu-Yorkdakı Con Kennedi beynəlxalq aeroportu artıq bu şənbə günü tibbi skrininqə başlayacaq. Vaşinqtondakı Dalles, Çikaqodakı O’Hara aeroportları, habelə Nyu-Yorkdakı və Atlantadakı beynəlxalq aeroportlar isə müvafiq prosedurların icrasına gələn həftə başlayacaqlar.
Xatırladaq ki, Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 3900 nəfərə çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Rəcəb Tayyib Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
18.09.2019
Səudiyyə Ərəbistanı Kralı açıqlama verdi
18.09.2019
Ağ Ev bәyanat yaydı
18.09.2019
ABŞ-lı millət vəkillərinin Kəşmirlə bağlı çağırışı
18.09.2019
Özbəkistanda azad iqtisadi zona yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info