Bakıda 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri keçiriləcək
Tarix: 09.10.2014 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


“Baku Expo” Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgiləri öz işinə başlayacaq. Bununla bağlı keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, nazirliyin rəsmi dəstəyi ilə təşkil olunacaq sərgilər oktyabrın 10-dan 12-dək davam edəcək. Onun sözlərinə görə, sərgidə nazirliyin təşkilatçılığı ilə bir neçə stend təqdim olunacaq. C.Valehov qeyd edib ki, bu il “Təhsil” və “Karyera” sərgilərinə dünyanın 20 ölkəsindən 122 iştirakçını bir araya gətirərək, sərgi meydançası üzrə 20% artım nümayiş etdirib: “Sərgiyə Azərbaycanın təhsil müəssisələrindən gələn nümayəndələrin də sayı durmadan artır, belə ki, bu il eksponentlərin siyahısında Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Təfəkkür Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, “CELT” və ölkənin bir sıra digər təhsil müəssisələri var. Sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi də iştirak edəcək və onun stendində qarşıdan gələn illər üçün təhsil nazirliyinin plan və proqramları barədə məlumatlar nümayiş etdiriləcək”.
“SABAH” layihəsinin icra komitəsinin rəhbəri Elçin Ağakişiyev qeyd edib ki, sərgi çərçivəsində Təhsil Nazirliyinin dəstəyi ilə “Sabah” layihəsinin təqdimat mərasimi keçiriləcək. Onun sözlərinə görə, bu layihə təlim-tərbiyə metodlarının təkmilləşdirilməsi, Azərbaycanda akademik və təhsil mühitinin dəyişdirilməsinə yönəldilib. O vurğulayıb ki, hazırda 700-ə yaxın tələbə ölkənin 33 ali təhsil müəssisəsində yaradılan SABAH qruplarında təhsil alır.
8-ci “Təhsil” və “Karyera” sərgiləri oktyabrın 10-dan 12-dək davam edəcək. “Karyera” sərgisinə giriş iş axtarışında olan hər kəs üçün, “Təhsil” sərgisi isə yalnız sənaye peşəkarları, tələbə və abituriyentlər, habelə 10 və 11-ci sinif şagirdləri və onların valideynləri üçün açıq olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib
18.09.2019
Leyla Əliyeva “Bizim həyət“ layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info