İki zabitimiz Böyük Britaniyanın tanınmış Hərbi Dənizçilik Akademiyasının məzunu olub
Tarix: 09.10.2014 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin iki zabiti Böyük Britaniyanın nüfuzlu Dartmut Kral Hərbi Dənizçilik Akademiyasından məzun olub.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib ki, oktyabrın 9-da keçirilmiş məzuniyyət mərasimində Böyük Britaniyanın silahlı qüvvələrinin yüksək rəsmiləri və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabitləri Dartmut Kral Hərbi Dənizçilik Kollecində təhsil aldıqları 1.5 illik müddətdə hərbi dənizçilik peşəsinin nəzəri və praktiki aspektlərini dərindən öyrənməyə və praktiki bilik və bacarıqlarını təkmilləşdirərək, hərbi dənizçilik kollecini uğurla bitiriblər.
Zabitlərimiz hərbi dənizçilik kollecində Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində təhsil alıblar.
Məzuniyyət mərasimində, həmçinin Azərbaycan Respublikasının Böyük Britaniyadakı hərbi attaşesi də iştirak edib.
Qeyd edək ki, əsası 1863-cü ildə qoyulmuş Dartmut Kral Hərbi Dənizçilik Kolleci bu sahədə dünyanın ən prestijli təhsil ocaqlarından biridir. Kollecin məzunları arasında Böyük Britaniya kral ailəsinin üzvləri də vardır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info