Xaricdə təhsil bazarının illik dövriyyəsi 50-60 milyard dollardır
Tarix: 09.10.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


“Sovet İttifaqı xarici tələbələrin sayına görə dünyada 3-cü yeri tuturdu. Bu, xaricdə təhsil alan tələbələrin 10 faizini təşkil edirdi. Rusiya Federasiyası ölkədə təhsil alan xarici tələbələrin sayına görə dünyada 6-cı yerdədir. Dünya üzrə xaricdə təhsil alan tələbələrin 4 faizi Rusiyanın payına düşür”. Bu məlumat İTAR-TASS-ın təqdim etdiyi yazıda qeyd edilib. Bildirilir ki, dünya təhsil bazarı dünya təsərrüfatından ayrı bir sahə kimi nəzərdən keçirilir. Dünya Ticarət təşkilatı tələbələrin xaricdə təhsilini təxminən 50-60 milyard dollar civarında dəyərləndirir. Qəbul edən ölkə üçün bir xarici tələbənin iqtisadi effekti 5-50 min dollar arasında dəyişir. İTAR-TASS yazır ki, dünya təhsil bazarındakı gəlirin 30-36 faizi ABŞ-ın payına düşür. Birləşmiş Ştatların xarici tələbələrdən əldə etdiyi illik gəlir 22 milyard dollardır. 2011-ci ilin məlumatlarına əsasən, ABŞ-da təhsil alan tələbələr dünya üzrə xarici tələbələrin 16.5 faizini təşkil edib. Britaniya büdcəsi 2008-2009-cu illərdə xarici tələbələrin təhsilindən 2,2 milyard avro qazanıb. Xarici tələbələrin gündəlik xərcləri isə 2,3 milyard avro təşkil edib. Britaniyanın təhsil ixracı 14 milyard avro məbləğində dəyərləndirilir. Gəlirlərin artım tempi göstərir ki Britaniyanın təhsil ixracından gəliri 26 milyard avroya çatacaq. Britaniya dünya üzrə xaricdə təhsil alan tələbələrin sayına görə ABŞ-dan sonan ikinci yeri tutur. Xaricdə təhsil alan tələbələrin 13 faizi Britaniyanı seçir. Xarici tələbələrin Avstraliya büdcəsinə xeyirləri illik 12,5 milyard dollardır. Avstraliyanın dünya üzrə xarici tələbə bazarında payı 6,1 faizdir. Xarici tələbə bazarının yarısına ABŞ, Britaniya, Fransa, Avstraliya və Almaniya nəzarət edir. İTAR-TASS yazır ki, Rusiya dünya üzrə 6-cı sırada qərarlaşıb. Rusiya hökumətinin qəbul etdiyi proqrama əsasən, 2020-ci ilə qədər xarici tələbə təhsilindən gələn gəlir ümumi təhsil maliyyəsinin 10 faizindən az olmamalıdır. Qeyd edilir ki, son illərdə Rusiyada təhsil alan xarici tələbələrin sayında azalma müşahidə edilir. Bu, itirilən iqtisadi imkanla yanaşı, demoqrafik eniş fonunda təhsil yaşının azalmasını kompensasiya etməkdən məhrum olmaqdır. Sosioloji araşdırma şirkətlərindən birinin məlumatına görə, 2010-2011-ci illərdə Rusiyanın bütün formalarda xarici tələbə təhsilindən qazanı 30 milyard rubl təşkil edib. Başqa məlumat yoxdur. İTAR-TASS yazır Britaniya bununla bağlı strategiyanı 1998-ci ildə qəbul edib. Orada dövlətin sifarişi ilə bu sahənin ciddi analizi aparılır. Britaniya şurasının sifarişi ilə həyata keçirilən araşdırma nəticəsində müəyyən edilib ki, 2001-2002-ci illərdə Britaniyanın xarici tələbələrdən gəliri 22,1 milyard avro, 2003-2004-cü illərdə isə 27,8 milyard avro olub. Qeyd edilir ki, Rusiyanın bu sahəyə diqqət ayırması vacibdir. Araşdırma göstərib ki, Tomsk Universitetində əyani təhsil alan tələbələrdən şəhər, vilayət və federal büdcə ayılq 700 milyon rubl qazanır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Macarıstanda Türk Konseyinin Avropa Qərargahı açılır
18.09.2019
Ermənistan hakimiyyətində istefa dalğası gözlənilir
18.09.2019
Paşinyanın «inkişaf strategiyası» ianə, diaspor və miqrant yardımlarına əsaslanır
18.09.2019
Türkiyə Prezident Aparatının baş müşaviri: “ABŞ “Patriot“ verəcəyi halda Türkiyənin S-400-dən imtina edəcəyini düşünməsin“
17.09.2019
Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info