“Svobodne noviny“: «Üçüncü Dünya müharibəsi artıq başlayıb»
Tarix: 09.10.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Çexiyanın "Svobodne noviny" nəşrində dərc edilən bu yazı bəzi tərəddüd doğuran fikilərdən xali olmasa da, nəşrin öz subyektiv mövqeyidir. Yazıda deyilir ki, isanların çoxu bunu etiraf etməsələr də, müharibə artıq qapılarının kəndarındadır: “ Sual doğa bilər, müharibə niyə başlamalıdır və ya onun qarşısını almaq mümkündürmü? BRİKS iqtisadi birliyini yaratmaqla Şərq dollara qarşı müharibə elan edib. Belə ki, onlar ilk növbədə Amerika Birləşmiş Ştatlarına qarşı iqtisadi müharibə elan ediblər. Etiraf edilməlidir ki, Amerikanın bu döyüşdən qalib çıxmaq şansı o qədər də inandırıcı görünmür. Ona görə də, ABŞ qarşılaşdığı iqtisadi müharibəni real müharibəyə çevirmək məcburiyyətində qalıb.
Burada məntiqəuyğun başqa bir sual yarana bilər: Putin niyə indiyə qədər Ukrananın Şərqini zəbt etməyib? Cavab birmənalıdır: ona görə ki, media hər gün onun diametral mövqeyindən gileylənir. Onlar hələ də bizi-yəni Avropanı Putinin başçılıq etdiyi Rusiyanı genişləndirmək istəyi ilə qorxudurlar. Amma əslində, həqiqət bunun əksidir: Amerika Avropanı tutub, Rusiya ilə müharibəyə başlamaq istəyir. Putin isə sülhü saxlayıb, müharibəni iqtisadi vasitələrlə etmək istəyir. Bu, ölkəyə heç bir ciddi zərər dəymədən əldə edilmiş böyük qalibiyyət hesab edilməlidir.
Xatırladaq ki, dollara qarşı mübarizə təkcə Amerika iqtisadiyyatını məhv etmir, eləcə də, "Dünyanın hökmdarları"nın dollarlar hesabına həyata keçirdikləri iğtişaşların qarşısını alır. Belə ki, bu mübarizədə müharibə əleyhdarları kimi çıxış edən BRİKS və Bilderberg Qrupu (130 iştirakçıldan ibarət rəsmi illik konfrans) var.
Unutmaq lazım deyil ki, Amerikanın Avropa və Rusiya rəhbərləri ilə toqquşacağı təqdirdə, yəni onları müharibəyə təhrik edəcəyi və Rusiyanın mövqeyini sarsıtmağa cəhd ebəcəyi təqdirdə, Çin yenə də Amerika üçün ən böyük təhlükə olaraq qalacaq.
Məlum həqiqətdir ki, Ukrayna hazırda münaqişə ocağıdır. Amerika hər vəchlə bu münaqişənin danışıqlar yolu ilə həll edilməsini, Ukrayna federalizminin mümkünlüyünü istəmir.
Əksinə, Amerika Birləşmiş Ştatları Rusiya ilə hərbi münaqişəyə səbəb ola biləcək təxribatlar törətməyə çalışır. Yəqin ki, Donetskdəki mübarizə başa çatarsa, belə gözlənilir ki, Kiyev hökuməti Krıma getmək üçün sifariş qəbul edəcək. Bu bəzilərinə bəlkə də, inandırıcı görünə bilməz, axı Rusiya Krımı öz ərazisinə qatıb. Bir başqaları bunu ağılsızlıq hesab edə bilər: bu, Ukrayna ordusu üçün intihar cəhdindən başqa bir şey deyil. Məsələ burasındadır ki, bu məqamda Putin üçün hərbi gücdən başqa yol qalmır. Bu zaman isə Ukraynaya yardım məqsədi ilə xarici qoşunların cəlb edilməsi gözlənilə bilər”.
Qəzetin yazdığına görə, vəziyyətin nizamlanması üçün ən əhəmiyyətli addım, əks sanksiyalardan sonra, problemlər içərisində boğulan Avropanın oyanışı ola bilər.
Həqiqətən, Ukraynaya hazırda azad Maydan və yeni, Amerikanın təsiri altında olmayan hökumət lazımdır. Əgər Avropa Poroşenko və onun şirkətlərinə dəstək verərsə, bu mütləq Ukraynanın dağılmasına, narazı əhalinin kütləvi surətdə ayrılmasına gətirib çıxırıcıq. Unutmaq lazım deyil ki, bununla yanaşı, Avropanın özü də belə bir aqibətlə qarşılaşa bilər.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
20.09.2020
Prezidentin “Facebook“ səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib
20.09.2020
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
20.09.2020
Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir
20.09.2020
Sabah yağış yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info