418 207 manat sosial ödənişlərin işçilərə ödənilməsi təmin olunub
Tarix: 10.10.2014 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) dövlət nəzarəti zamanı iş yerlərində əmək haqlarının və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə işəgötürənlər tərəfindən əməl olunmasına xüsusi diqqət yetirir.
DƏMX-in bu istiqamətdə həyata keçirdiyi tədbirlərin nəticəsi kimi, cari ilin yanvar-sentyabr aylarında ümumilikdə 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 388 125 manatını əməkhaqları,19 767 manatını zərərə görə ödənclər, 10 315 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib. Qeyd olunan istiqamətdə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində işçilərə əməkhaqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları tədricən azalır. Belə ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş əməkhaqlarının məbləği 19,1 faiz, gecikdirilmiş zərərə görə ödənclərin məbləği 15,3 faiz, gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği isə 34 faiz azalıb.

İlkin





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info