Ən yeni standartlara uyğun yenidən qurulmuş ilk peşə təhsili müəssisəsinin açılışı olacaq
Tarix: 10.10.2014 | Saat: 15:30:00 | E-mail | Çapa göndər
Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlət, özəl sektor və təhsil müəssisələri birgə fəaliyyət göstərir və bu əməkdaşlıq getdikcə dərinləşir. Trend xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Baku Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq "Təhsil" və 8-ci Azərbaycan Beynəlxalq "Karyera" sərgilərinin açılış mərasimində çıxışı zamanı bildirib. Nazir müavini deyib: “Biz hesab edirik ki, “Təhsil” və “Karyera” sərgiləri təhsil müəssisələri, biznes aləmi və gənclərimiz üçün bu sahədə dialoqun aparılması, yeni layihələrin müzakirə edilməsi üçün çox gözəl platformadır”.Onun sözlərinə görə, ali təhsil sahəsində prioritetlərdən biri ali təhsil müəssisələrinin sözün əsl mənasında həm də innovasiya, tədqiqat mərkəzlərinə çevrilməsi layihəsi, o cümlədən ixtisas yönümlü peşə seçiminin təmin edilməsi məsələsidir: “Biz hesab edirik ki, bu istiqamətdə gənclərin, tələbələrin düzgün peşə seçimi onların gələcək karyeralarının inkişafında, gələcək uğurlarında mühüm rol oynayacaq. Biz inanırıq ki, bugünkü sərgi bizim gənclərimiz, şagird və tələbələrimiz üçün sözün əsl mənasında bələdçi rolunu oynaya bilər”.C.Bayramov “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasın”na uyğun olaraq ötən ildən icrasına başlanılmış və məqsədi ilk peşə ixtisas təhsilində təhsil keyfiyyətlərinin, standartlarının yüksəldilməsi, ilk peşə ixtisas təhsilinin ictimai nüfuzunun artırılmasına yönəlmiş “Müasir Azərbaycan peşəkarları” layihəsini xüsusi qeyd edib: “Bu layihə çərçivəsində bir sıra layihələrin beynəlxalq təşkilatlar, xarici şirkətlər və digər dövlətlərin iştirakı ilə icrasına başlanılıb və həyata keçirilir. Bir xüsusiyyət var. Həmin xüsusiyyət ondan ibarətdir ki, bu layihələrin hamısı real sektorla və biznesin iştirakı ilə birlikdə həyata keçirilir. Biz Təhsil Nazirliyi olaraq qeyd etmək istərdik ki, bu istiqamətdə işlər bundan sonra davam etdiriləcək və genişləndiriləcək. Yaxın günlərdə isə ən yeni standartlara uyğun yenidən qurulmuş ilk peşə təhsili müəssisəsinin açılışını qeyd edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb
21.04.2018
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb
20.04.2018
Səlim Müslümov: “Azərbaycan İƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir”
20.04.2018
Daha bir rayonda Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb
20.04.2018
Bakı aeroportu yenə ən yaxşılardan oldu

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9072

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
3 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
4 İlham Əliyevin andiçmə mərasimi olub
5 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info