“Bakı Avropanın inkişaf etmiş ölkələrinin paytaxtlarının çoxunu arxada qoyub”
Tarix: 14.10.2014 | Saat: 11:15:00 | E-mail | Çapa göndər


Bakıda hər il keçirilən Beynəlxalq Humanitar Forum Azərbaycanı dünyaya tanıtmaq baxımından da çox önəmlidir. Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun türk dilləri departamentinin rəhbəri, Milli İnstitutlar Şurası sədrinin müavini Mişel Bözdəmir söyləyib.
Forumda iştirak etməkdən məmnun olduğunu deyən M.Bözdəmir bildirib ki, dünyanın 60-dan artıq ölkəsindən siyasət, mədəniyyət və elm sahəsində tanınan çoxsaylı nümayəndənin bu tədbirdə iştirakı Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzdan xəbər verir. Yüksək səviyyədə təşkil olunan forumun ən müsbət cəhətlərindən biri də bu beynəlxalq tədbirdə ilk dəfə iştirak edən xarici qonaqlara Azərbaycanı daha yaxından tanıtmaqdan ibarət olub.
M.Bözdəmir forum çərçivəsində keçirilən “dəyirmi masa”larda müasir dövrümüz üçün aktual olan məsələlərin müzakirə edildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, tədbir çərçivəsində qonaqların Azərbaycanın bölgələrinə də səfər etmələri onların bu ölkə ilə daha yaxından tanış olmalarına imkanı yaratdı.
Sonuncu dəfə Azərbaycanda üç il əvvəl olduğunu bildirən M.Bözdəmir Bakının çox sürətlə inkişaf etdiyini, daha da müasir görkəm aldığını deyib. Bakı gecələrinin Las Veqası xatırlatdığını vurğulayan M.Bözdəmir deyib: “Mən deyərdim ki, Heydər Əliyev Mərkəzi dünyanın ən möhtəşəm arxitektura abidəsidir. “Alov qüllələri” də Bakıya xüsusi yaraşıq verir. Bir sözlə, Bakıda, nağıllarda deyildiyi kimi, özünü sanki sehrli bir aləmdə hiss edirsən. Bakı Avropanın inkişaf etmiş ölkələrinin paytaxtlarından heç də geri qalmır, əksinə öz inkişaf səviyyəsinə görə onların çoxunu arxada qoyub”.
M.Bözdəmir son bir neçə ildə Azərbaycanı fransızlara daha yaxından tanıtmaq istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Fransanın müxtəlif bölgələrində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı təşkil etdiyi tədbirləri buna misal kimi göstərib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Yanvar-iyun aylarında elektrik avadanlıqlarının istehsalı 84,1 faiz artıb
20.07.2018
Hər iki tədbirdə ümumilikdə 700-dən çox vakant iş yeri təqdim edilib
20.07.2018
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı keçid planı hazırlanır
20.07.2018
 “Bakcell” “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək göstərib
20.07.2018
Bakıda MDB-yə üzv dövlətlərin DİN rəhbərləri Şurasının iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9683

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info