Dövlət qulluğuna qəbulla bağlı qeydiyyat davam edir
Tarix: 16.10.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


2014-cü il 26 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 50 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 389 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan olunmuşdur.
DQMK-dan verilən məlumata görə, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrindən 306-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 83-ü isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
16 oktyabr tarixinədək müsabiqədə iştirak etmək üçün 1594 namizəd qeydiyyatdan keçmişdir və vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə (1 vakant yerə 38 namizəd) qeydə alınmışdır.
Ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (515 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (251 namizəd), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (141 namizəd), Dövlət Statistika Komitəsi (114 namizəd) və Bakı Apellyasiya Məhkəməsi (106 namizəd) olmuşdur.
Qeyd edək ki, müsabiqə üzrə qeydiyyat oktyabrın 27-də başa çatacaq.
Ümumi müsahibə üzrə qeydiyyat 15 oktyabr tarixdə başa çatmış və müsahibəyə çıxarılan 51 vakant dövlət qulluğu vəzifələri üzrə 26 namizəd Komissiyada qeydiyyatdan keçmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info