Kimlər “Sovetski“də qalıb yaşaya bilər?
Tarix: 16.10.2014 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


"Sovetski"də heç kimin evi zorla sökülmür, bu barədə söhbət ola bilməz. Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib. A.Şərifov vurğulayıb ki, "Sovetski" sakinlərindən kim istəsə, qalıb orada yaşaya bilər.
Bəzi vətəndaşların kompensasiyanın azlığından şikayət etməsinə münasibət bildirən Baş nazirin müavini vurğulayıb ki, verilən kompensasiya az deyil: “Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz. "Mən 15 kvadratmetr ərazidə yaşayıram, onu satsam, gedib özümə başqa yerdən ev ala bilməyəcəm" məsələsi başqa sualdır. Bu barədə düşünürük. Yəqin ki, bu məsələ həll olunacaq, buna vaxt lazımdır. Amma kim istəyir gedir, kim istəyir qalır. Onlar bütün kommunikasiya xətləri ilə təmin olunurlar. Heç kim evindən zorla çıxarılmır”.
Bakıda olan sənədsiz evlərlə bağlı məsələyə gəlincə, A.Şərifov qeyd edib ki, heç kimin sənədsiz evi sökülmür: “Bu günə qədər kim deyə bilər ki, kiminsə sənədsiz evi sökülüb, vəsait verilməyib. İstər şəhərdən kənarda, istər şəhərin mərkəzində yollar çəkilir. Kim deyə bilər ki, bir nəfər Azərbaycan vətəndaşının sənədsiz evi sökülüb vəsait ödənilməyib. Bu, ola bilməz. 3-cü mikrorayonda, "Xutor"da evlərin 90 faizinin sənədi yoxdur, orada tunellərin, körpülərin tikintisi ilə bağlı 100-dən çox ev söküldü. Heç birinin sənədi yox idi, amma hamısına kompensasiya ödənilib. Heç kim narahat olmasın”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
04.06.2020
Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir
04.06.2020
Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir
04.06.2020
Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur
04.06.2020
Bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info