“Mən və mənim fərqli dünyam”
Tarix: 16.10.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 17 oktyabr 2014-cü il saat 12:00-da "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə “Mən və mənim fərqli dünyam” mövzusunda sərgi təşkil ediləcək.
Sərgi Autizm sindromundan əziyyət çəkən insanlara dəstək üçün təşkil olunur.
Sərginin məqsədi autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılması, autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimai diqqətin cəlb edilməsidir. İctimaiyyətə autizmin xəstəlik deyil, bir fərqlilik olmasını çatdırmaq, onların neqativ hal olaraq cəmiyyətdən uzaqlaşdırılması və gizlədilməsinin qarşısını almaqdan ibarətdir. Çünki bu uşaqların bəziləri xüsusi qeyri-adi istedada malik olurlar. Tarixə nəzər salsaq iz qoymuş dahi şəxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar. Gənc rəssamları bu sərgidə iştirak etməyə dəvət edirik. Sərgidə istənilən texnika üzrə işlər qəbul olunur. Sərgi üçün nəzərdə tutulmuş əsərlərin mövzusu autizmli insanların psixoloji vəziyyətini, onların dünyanı qavramalarını, hisslərinin və emosiyalarının tərənnümünü əhatə edə bilər.
Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, tələbə və gənc rəssamların da əsərləri sərgilənəcək.
Sərgi bir gün davam edir.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info