Gələn ildən ADİU-da müəllimlər tələbələr tərəfindən seçiləcək
Tarix: 16.10.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov ali təhsil ocağının professor heyəti ilə görüşüb. ADİU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ADİU-nun imicinin yüksəldilməsi və təhsilin keyfiyyətinin artırılması məsələsi müzakirə edilib. Müəllim adının müqəddəs olduğunu, onların əməyinə yüksək qiymət verdiyini vurğulayan rektor müəllimlərin əmək haqlarının differensiallaşdırılaraq mütəmadi olaraq artırılacağını bildirib. Bunun üçün kadr potensialının keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub. Görüşdə bir sıra aktual məsələlərə toxunulub. Xüsusilə tədris prosesində yeni innovativ metodlardan istifadəyə diqqət yetirilib. Tədrisin keyfiyyətinin artırılması məqsədilə Boloniya sisteminin tələblərinə əsasən, gələn ildən müəllimlərin tələbələr tərəfindən seçiləcəyi bildirilib. Professorlar ADİU-da tətbiq olunan yenilikləri müsbət dəyərləndirərək təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflər irəli sürüblər. Görüşdə bildirilib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kimi professor-müəllim arasında stimullaşdırıcı proseslərin daha da artırılması və keyfiyyətli təhsilin təmin edilməsi qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində 78 professor pedaqoji fəaliyyətlə məşğuldur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info