Biznes inkubatorda iştirakçılar üçün treninqlər keçirilir
Tarix: 16.10.2014 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Məlumat verildiyi kimi, sentyabrın 10-da gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlayıb. Həmin gündən etibarən İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatorun iştirakçıları üçün biznesin təşkili və idarə edilməsinin prioritet istiqamətləri üzrə 3 ay müddətinə treninqlərin keçirilməsinə start verilib. Müvafiq sahələr üzrə beynəlxalq sertifikatlar almış yerli və xarici ekspertlər tərəfindən aparılan treninqlər həftədə 3 gün olmaqla hər gün 4 saat keçirilir və hər həftə müxtəlif mövzuları əhatə edir.
İndiyədək biznes inkubatorda turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanan 20 gənc iştirakçı üçün “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması”, “Öz biznesinə başla”, “Layihələrin idarə edilməsi” mövzularında treninqlər keçirilmişdir. Treninqlərdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
Biznes inkubatorun iştirakçıları üçün növbəti treninq oktyabrın 15-də “Logistika” mövzusu üzrə təşkil edilib. 3 gün davam edəcək tədbirdə iştirakçılara logistikanın mahiyyəti və məqsədi, logistikanın növləri, logistik mərkəzlərin yaradılması və s. barədə məlumatlar veriləcək, mövzu üzrə təqdimat keçiriləcək.

İlkin







 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!
25.05.2020
Yunanıstandakı soydaşlarımız Ramazan bayramını qeyd ediblər
24.05.2020
Baş prokurorun yeni müavinləri
23.05.2020
Binəqədi rayonunda Ramazan bayramı ərəfəsində sosial aksiya keçirildi
23.05.2020
“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 Qiyməli pendirli yemək resepti -VİDEO
5 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info