Müəllimlər üçün differensial əməkhaqqı sistemi tətbiq ediləcək
Tarix: 16.10.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı hökumətə təkliflər verəcək. Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, Bakıda demək olar ki, bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə iştirak edib: "Bu, sınaq qiymətləndirmədən sonrakı mərhələdə olan proseslərdən - attestasiyadan, dərs yükünün daha optimal paylanmasından sonra təhsil sistemində fəaliyyət göstərən müəllimlərin əməkhaqqı məsələsinə aparan yoldur".
Nazir qeyd edib ki, növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə tədim ediləcək: "Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır".

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
04.06.2020
Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir
04.06.2020
Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir
04.06.2020
Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur
04.06.2020
Bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info