Dövlət müstəqilliyimizin 23-cü ildönümünə həsr olunmuş sərgi
Tarix: 16.10.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş “Yaşa, var ol hər zaman, doğma Vətən – Azərbaycan!” adlı tədbir-sərgi təşkil olunub. İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzi ilə birlikdə təşkil olunmuş bu sərgidə həmin rayonun Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” və rəsm dərnəklərinin üzvlərinin 60-dan çox əl işləri nümayiş olunub. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, İsmayıllı rayonunun Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva, tədbirin iştirakçılarından birinin valideyni Zabul Mirzəyev, tədbirin iştirakçısı Novruzzadə Mehrin çıxış ediblər.
Tədbirdə İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” və rəsm dərnəklərinin üzvləri, Bakı şəhər məktəblərinin şagirdləri, Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Müstəqillik Günü ərəfəsində muzeyin saytı istifadəyə verilib. Sayt www.istiqlalmuzeyi.gov.az ünvanında fəaliyyət göstərir və orada muzey haqqında ətraflı məlumatlar, xəbərlər, anonslar yerləşdiriləcək.


Nigar





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info