“Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib
Tarix: 16.10.2014 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Avropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib.
Konfrans parlamentin üzvü Georgi Şöpflinin və “Sərhədsiz insan hüquqları” beynəlxalq qurumunun təşkilatçılığı ilə baş tutub. Azərbaycanın Belçikadakı səfirliyindən verilən məlumata görə, tədbirin əsas məqsədi “Sərhədsiz İnsan Hüquqları” təşkilatının Azərbaycanda milli azlıqların yaşayış şərtləri haqda apardığı araşdırmanın hesabat təqdimatı olub.
Konfransın açılış nitqini G. Şöpflin və Sərhədsiz İnsan Hüquqları Təşkilatının siyasi müşaviri Mark Barvik ediblər. Daha sonra Sərhədsiz İnsan Hüquqları Təşkilatının rəhbəri Uilli Fotre (Willy Fautré) bildirib ki, Azərbaycanda azlıqların sosial inteqrasiyası və milli dəyərlərinin, mədəniyyətlərinin və dillərinin qorunmasına maneələr yoxdur: “Azərbaycanda 120 min rus var və onlar ilk olaraq 1800-cü illərdə Azərbaycana gəliblər. İkinci dalğa rus-fars müharibəsindən sonra olub. O zaman pravoslav xristianlar və müsəlmanlar arasında ilk əlaqələr qurulmağa başlayıb. Üçüncü dalğa isə SSRİ-nin Azərbaycan ərazilərini zəbt etməsinin nəticəsində olub”. O, Azərbaycanda rus mərkəzlərinin fəaliyyət göstərdiyini və bir çox məktəblərdə və ali təhsil ocaqlarında rus dilində təhsil almaq imkanının olduğunu deyib.
Azərbaycanda milli azlıqların parlamentdə də təmsil olunduğunu nəzərə çatdıran Fotre daha sonra ləzgilər haqda danışıb. Rusiya-Azərbaycan sərhədi ətrafında yaşayan ləzgilərə gəldikdə, Uilli Fotre qeyd edib ki, Azərbaycanın müstəqillik qazandıqan sonra ləzgilər daha çox hüquqa malik olublar: “Rusiyanın maliyyə dəstəyi ilə ləzgi separatçı hərəkatları yaransa da, onlar əhalinin çox kiçik qismini təşkil edir və ümumilikdə ləzgilər xarici qüvvələrin təsirinə düşmür”.
Toplantıda Azərbaycanda üç fərqli yəhudi qrupunun yaşadığı bildirilib. 6 sinaqoqun fəaliyyət göstərdiyi və yəhudilərin müsəlman icması və dövlət qurumları ilə münasibətinin yaxşı olduğu, Azərbaycanda mütəşəkkil anti-semitizm və irqçilik hallarının olmadığı deyilib.
Tədbirdə Azərbaycanın Rus İcmasının nümayəndəsi Yelena Voronina və yunan icmasının təmsilçisi Səidə Mehdiyeva çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi
04.06.2020
Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır
04.06.2020
“Dövlət uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi üçün yeni imkanlar yaradacaq”
04.06.2020
Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - “Azərsu“
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info