Azərbaycanın filmi İtaliya mətbuatında
Tarix: 16.10.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Dünyanın bir sıra aparıcı KİV-lərində rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi barədə silsilə məqalələr çap olunmaqdadır. İtaliyanın məşhur “Artslife” onlayn jurnalında yer alan “Nabat: Müharibəyə qarşı mübarizə aparan tənha qadın” sərlövhəli məqalə də bu qəbildəndir.
Məqalədə vurğulanır ki, cari ilin sentyabrında keçirilmiş 71-ci Venesiya film festivalının “Üfüqlər” bölməsində təqdim olunan “Nabat” filmi çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Rejissor Venesiyaya bir qadının öz kəndinə olan sevgisindən, oğlu da daxil olmaqla Vətənin ən yaxşı oğullarını ölümə sürükləyən müharibəyə qarşı apardığı ağrılı mübarizədən bəhs edən hekayə ilə gəlib.
Yazıda filmin bütün süjet xətti verilməklə yanaşı, rejissorun da məharəti, bacarığı önə çəkilib. Vurğulanıb ki, filmdəki hadisələrin hansı ölkədə baş verməsindən asılı olmayaraq törətdiyi faciələrə görə müharibəni rədd edir.
Qeyd edək ki, “Nabat” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilib. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.
Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.
Tammetrajlı bədii filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.artslife.com/2014/09/11/nabat/
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Akademik Musiqili Teatr “Ər və arvad“ tamaşasının 110 yaşını qeyd edir
24.05.2020
“TRT Rusça” 24 maydan yayıma başladı
23.05.2020
Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə elan edilib
21.05.2020
“Təhminə və Zaur“ un altıncı mərtəbəsi-VIDEO
20.05.2020
“O olmasın, bu olsun” tamaşası onlayn göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info