Prokurorluq orqanları əhalini hüquqi cəhətdən maarifləndirir
Tarix: 16.10.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması sahəsində mühüm addımlar atılıb.
Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər həyata keçirilib. Bununla yanaşı, təbii sərvətlərimizdən, o cümlədən “mavi yanacaq”dan və elektrik enerjisindən düzgün istifadə olunması günümüzün aktual məsələlərindən biridir.Bu fikirlər Şahbuz Rayon Prokurorluğunun təşkilatçılığı ilə Külüs kəndində ətraf mühitin qorunmasına, təbii qazdan və elektrik enerjisindən düzgün istifadə qaydalarına həsr olunmuş tədbirdə səsləndirilib.
Kənd mərkəzində keçirilən tədbirdə rayon prokuroru, ədliyyə müşaviri Ramiz Novruzov çıxış edərək bildirib ki, ekologiyamıza, sağlamlığımıza ciddi təsiri olan ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biri olduğu unudulmamalı və bu işdə hər kəs vətəndaşlıq borcunu yerinə yetirməyə çalışmalıdır.
Tədbirdə təbii sərvətlərdən qanunsuz istifadə halları ilə əlaqədar İnzibati Xətalar və Cinayət məcəllələrindəki maddələr barədə iştirakçılara məlumat verilib, Azərbaycan Respublikasının Konstitusiyasında ekoloji münasibətləri tənzimləyən normaların olduğu qeyd edilib.
Bildirilib ki, dövlət qayğısı nəticəsində fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunmuş muxtar respublikada bu sahədə qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi
04.06.2020
Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır
04.06.2020
“Dövlət uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi üçün yeni imkanlar yaradacaq”
04.06.2020
Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - “Azərsu“
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info