“NİDA”çı gənc Mədət Quliyevə müraciət edib
Tarix: 16.10.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Bakı İstintaq təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının üzvü Bəxtiyar Quliyev Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevə müraciət ünvanlayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, B.Quliyev müraciətində Heydər Əliyevin məzarını ziyarət etmək üçün ona şərait yaradılmasını xahiş edib:
“Mən Quliyev Bəxtiyar Səməndər oğlu, keçmiş “NİDA”çı 2013-cü ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 234.1, 228.3, 220.1 maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişəm. Hazırda Apellyasiya Məhkəməsində işimə baxılır. Mən əvvəl yazdığım müraciətimdə Azərbaycan Respublikasının Prezidentinə bildirmişəm ki, törətdiyim cinayət əməlinə görə peşman olmuşam. Habelə istədim ki, mən Azərbaycan Respublikasının gənc vətəndaşı olaraq, gələcək quruculuqda əlimdən gələni edim.
Prezidentimiz gənclərlə görüşlərdə demişdir ki, siz gənclər Azərbaycanın gələcəyisiniz. Mən də bu gənclərin sırasında olmaq istəyirəm. Bu gün mənə şərait və şans verilsə, mən ömrümün axırına kimi vətənimə və xalqıma xidmət etməyə hazıram.
Təcridxanada mən dərk etdim ki, vətənimizdə gedən quruculuq işlərinin memarı ulu öndər Heydər Əliyev olub. Vətənpərvər bir gənc kimi ulu öndərin məzarını ziyarət etməyi özümə mənəvi borc bilirəm. Xahiş edirəm ulu öndərin məzarını ziyarət etmək üçün mənə müvafiq şərait yaradılmasında köməklik göstərəsiniz” .
Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info