“Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir”
Tarix: 16.10.2014 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Sahil Babayev: “Azərbaycanın Rusiya iqtisadiyyatına qoyduğu investisiyalar son 10 ildə təqribən 1 milyard dollar olub”

Vladimir Lavlensev: “Son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizdə maraqla izlənir”

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri sahibkarlarının iştirakı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, tikinti, enerji, təhsil və s. sahələrdə fəaliyyət göstərən 100-dək şirkətin nümayəndəsi iştirak edib. Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinın müavini Sahil Babayev Azərbaycan - Rusiya əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 45-dən çox, ümumilikdə isə müxtəlif sahələrdə 170-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 mlrd. ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Təkcə ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artaraq 2.6 mlrd dollar təşkil edib, qeyri-neft ixracının 32%-i Rusiyanın payına düşüb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və ölkəmiz Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdır. Sahil Babayev keçirilən biznes forumun Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, iş adamları arasında əlaqələrin inkişafı istiqamətində atılan növbəti mühüm addım olduğunu vurğulayıb.
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatorunun müavini Vladimir Lavlensev Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb, son 20 ildə Azərbaycanın əldə etdiyi uğurların ölkəsində maraqla izləndiyini vurğulayıb, işgüzar dairlələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini, eləcə də Rusiyanın federal subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətini diqqətə çatdırıb. Rusiya səfiri Vladimir Daroxin hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. Səfir Daroxin azərbaycanlı sahibkarları Rusiyanın federal subyektləri ilə əməkdaşlığı daha da genişləndirməyə dəvət edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanlarına, Sankt-Peterburqun Sənaye Siyasəti və İnnovasiya üzrə Komitəsinin sədr müavini Denis Mironov Sankt-Peterburqun iqtisadiyyatına və investisiya potensialına dair təqdimatlarla çıxış ediblər.
Azərbaycan-Rusiya biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
24.05.2020
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
“Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir“
24.05.2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 Qiyməli pendirli yemək resepti -VİDEO
5 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info