«Le Temps“:«ABŞ-da məhkumların yarıdan çoxu qaradərililərdir»
Tarix: 16.10.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Bir müddət bundan əvvəl haradasa oxumuşdum ki, ABŞ-da iki nəşrin apardığı anket sorğusu ölkədə hakim olan təsəvvürə aydınlıq gətirib. Barak Obama kimi qaradərili bir şəxsi prezident kimi qəbul edən ölkədə «Vaşinqton Post» və «ABC» xəbər agentlikləri Amerikada mövcud olan irqçiliyn səviyyəsini müəyyən etməyə çalışmışdı. Araşdırma nəticəsində məlum olumuşdu ki, ölkədə irqçilik hələ də mövcuddur. Belə ki, ABŞ-da hər 10 amerikalıdan 3-ü irqçi olduğunu etiraf etmişdi. Təsadüfi deyil ki, hələ uzun illər əvvəl-Obamanın prezidentliyə namizədliyi dövründə ölkə əhalisinin əksəriyyəti onun prezident seçilməsinə tərəddüdlə, dəqiq desək riskli bir addım kimi baxırdılar.
İsveçrənin "Le Temps" nəşrində dərc edilən yazı bu cəhətdən xarakterikdir. Yazıda deyilir ki, bu ilin avqustunda Missuri ştatının Ferqyuson şəhərində ağdərili polis məmurunun 18 yaşlı qaradərili gənci güllələdiyinə etiraz edən onlarla nümayişçini, o cümlədən qaradərili ziyalı Kornel Uesti də polis həbs edib. Polis və xüsusi təyinatlılar 18 yaşlı qaradərili gəncin- Maykl Braunun ölümünə etiraz edən dini fəalları da həbs edib. Bu yaxınlarda buna bəzər hadisə daha bir qaradərili gənclə- Vonderrit Mayerslə də təkrarlanıb. Belə ki, 18 yaşlı qaradərili gənc yenə də polis gülləsinə tuş gəlib. Bu yerdə bir daha qeyd edilə bilər ki, Amerikada «tüstülənən irqçiliyin közü yenidən üfürdülür». «New York Times» qəzetinin əməkdaşı Cim Kroun irqçilik dövründə doğulmuş Nikolas Kristof deyir: «Bizə öz ölkəmizdə yeni Mandela lazımdır. Amerika Birləşmiş Ştatları vətəndaş hüquqları sahəsində uzun bir yol gəlib və hətta qaradərili şəxsi prezident seçib. Bunula belə, bu gün də dərin bərabərsizlik hökm sürür».
Amerikada şəxsi səviyyədə, parıltısı solğun olsa belə, irqçilik hələ də mövcuddur. Nə olursa olsun, son hadisələr bir daha sübut edir ki, irqi ayrı-seçkilik hələ də Amerikada dərindən kök salıb. Söhbət burada "Ku Kluks Klan" kimi vətəndaş hüquqları uğrunda mübarizə aparan irqçi təşkilatdan getmir. Söhbət ondan gedir ki, ölkədəki bütün demokratik institutların əksəriyyəti mahiyyət etibarilə irqçi siyasət aparırlar.
Bir daha xatırladaq ki, hadisələrin baş verdiyi Ferqyusonda əhalinin üçdə ikisini qaradərililər təşkil edirlər. Lakin bununla belə, onlar şəhər bələdiyyəsində və polis orqanlarında zəif təmsil olunublar.
Nəzərə çatdıraq ki, «Vaşington Post» qəzeti Maykl Braunun ölümündən sonra Ferqyuson polisində jurnalist tədqiqatı aparıb. Onun nəticələri gülüş doğuran narahatlıqlar yaradıb: Missuri və federal hökumətin müdaxiləsinə baxmayaraq, yerli polis açıq ayrı-seçkilik siyasətinə riayət etməkdə davam edir. Bu ilin avqustundan bəri yerli polis yüzlərlə sakini qanunsuz yığıncaq, səs-küylü davranışa görə həbs edib. Onların əksəriyyətinə hansı günah sahibi olduqlarını izah etmədən dəmir barmaqlıqlar arxasına salıblar. Bəzi polislər həbsetmə üçün yeni icad qaydalarından istifadə edirlər: əgər nümayişçi 5 saniyə bir yerdə dayanırsa, onu həbs etmək olar. Qəzetin yazdığına görə, nümayişçiləri təqib edən polislərdən birinin qolunda «Mən -Darren Uilsonam» yazılmış bilərzik taxılmışdı.
Amerikada irqçiliyin digər xüsusi təzahürləri də ondan ibarətdir ki, ölkədəki həbsxanaların əksər sakinləri qaradərililərdir. Onlar üçün qanunlar 1990-cı ildə narkotik müharibə dövründən bəri çox sərt qəbul edilib. Bunlar «Amerika Birləşmiş Ştatlarının ilk qara prezidenti» adını almış Bill Klintonun dövrünə təsadüf edir. O, ölkənin azsaylı xalqlarına əl uzatsa da, bununla belə, ölkədə məhkum olunanların əksəriyyəti qaradərililər idi. Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında məhkumların yarıdan çoxu qaradərililər və ya "latinos"lardır.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
ABŞ Braziliyada olan əcnəbilərə girişi bağlayıb
25.05.2020
Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər
24.05.2020
Putin mənim yenidən prezident seçilməyimi istəmir
24.05.2020
Müsəlmanlar 2020-ci ildə Ramazan bayramını necə qarşıladılar?
24.05.2020
Türkiyə bütün İslam aləminə “Ramazan bayramınız mübarək” dedi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 Qiyməli pendirli yemək resepti -VİDEO
5 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info