Azərbaycan və Özbəkistan gömrük sahəsində iki sənəd imzalayıblar
Tarix: 16.10.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Gömrük Xidmətinin rəhbərliyi ilə görüşü keçirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb.
Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. “Lakin bununla kifayətlənməməli, səylərimizi daha da gücləndirməliyik” - deyə sözünə davam edən Komitə sədri Azərbaycan və Özbəkistan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin həcminin artırılmasının önəminə də diqqət çəkən A.Əliyev qeyd edib ki, iki ölkənin iqtisadi-ticari əlaqələrinin indiki səviyyəsi tərəflərin potensialına uyğun deyil və imkanlardan maksimum yararlanmaq lazımdır. Komitə sədri ümidvar olduğunu bildirib ki, özbək həmkarının Azərbaycana səfəri əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcək.
Z.Dusanov qeyd edib ki, Azərbaycan və Özbəkistan gömrükləri arasında əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyur və bu gün tərəflər arasında ilk dəfə keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək. İkitərəfli əlaqələrin daha da genişlənməsi üçün həqiqətən də böyük potensialın olduğunu deyən qonaq buna həm Özbəkistanın, həm də Azərbaycanın inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini bildirib.
Sonra görüşdə gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşün sonunda isə Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında iki sənəd - “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Protokol” və “2015-2016-cı illər üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində İkitərəfli Əməkdaşlıq Planı” imzalanıb.
Sənədləri Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev və Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Z.Dusanov imzalayıblar.
Daha sonra Özbəkistan nümayəndə heyəti Azərbaycan Dövlət Gömrük Komitəsinin infrastrukturu ilə tanış olub, informasiya-kommunikasiya texnologiyaları, eləcə də “elektron sənəd” dövriyyəsi və “elektron imza”nın tətbiqi məsələlərini nəzərdən keçiriblər. Eyni zamanda, qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar, Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına da baş çəkiblər.
Özbəkistan nümayəndə heyəti, həmçinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-buraxılış məntəqəsinə səfər edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusdan ölənlərin dəfni necə keçirilir? - VİDEO
04.06.2020
Bakı metrosu həftə sonu işləməyəcək
04.06.2020
“ABAD“dan beşinci “food hall“
03.06.2020
Məhdudlaşdırma olarsa, işsizlərə yenidən 190 manat veriləcəkmi?
03.06.2020
Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info