“Aif.ru”: “Ötən il alman dövləti ailələrdən 40 min uşağı zorla alıb”
Tarix: 16.10.2014 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Bu, hər şeydən öncə, digər mədəniyyətlərə, xüsusilə rus, türk və digərlərinə aid ailələrə qarşı tətbiq edilir”
Almaniyada valideyn və uşaq hüquqlarının çox kobud şəkildə pozulması ilə bağlı faktlar medianın diqqətinə tuş gəlib. Məsələn, Almaniya hakimiyyəti Lorenslərdən 6 uşaq alıb və onları hələ doğulmamış uşağa olan valideyn hüquqlarından məhrub edib. “Aif.ru”nun müxbiri Nadejda Kuzmina aydınlaşdırıb ki, bu olay nəyə görə baş verib.
Qeyd edilir ki, Tatyana Lorens ikiyaşlı Amaliyanı dizləri üstə saxlayır. Uşağı alman məhkəməsindən qorumaq üçün, Tanya sözün həqiqi mənasında yad ölkədən qaçıb: “Mən ginekoloqa getdim və dedilər ki, uşağı doğan kimi doğum evindən götürəcəklər. Buna görə də qərar qəbul etdim və Rusiyaya geri döndüm”. Tatyana 2005-ci ildə əri Andreylə kənd yerindən Almaniyaya yaşamağa getməyə qərar verib. Bu zaman Andreyin etnik alman olan valideynləri, həmçinin beş qardaş-bacısı da ora getməyə imkan tapıblar. Tatyana bildirib: “Mən özüm getmək istəmədim. Amma qaynanam inad etdi və dedi ki, gedək, orda yaxşı yaşayarıq. Bir il düşərgədə yaşadıq. İki uşaqla getmişdik, Almaniyada daha dördü də doğuldu. Mən və ərim çoxuşaqlı ailələrdən çıxmışıq, Andreyin 8, mənimsə 4 bacı-qardaşım var. Ona görə də biz də böyük ailə istədik. Hər şey normal idi, ta ki mən bizə soyuq mənzil verilməsi ilə bağlı şikayət edənə qədər. Qonşularımız çox da yaxşı deyildi, hər zaman şikayətlənirdilər ki, bizdə uşaqlar qaçırlar, səs salırlar”.
Amma Lorenslər ailəsinin valideynlik hüququndan məhrum edilməsinə qonşuların uşaqlara görə şikayəti əsla təsir etməyib. Tatyananın sözlərinə görə, Almaniyanın himayədar orqanları iddia edib ki, onlar cütlük kimi uşaqları tərbiyə etməyə qadir deyillər: “Bizə köməkçi təyin etdilər. Görünüşcə normal idi - Qazaxıstandan olan rus idi. Amma sonradan o, bizdən və uşaqlardan şikayət yazmağa başladı. Bir dəfə uşaq xəstələndi, ərim isə yenicə işə düzəlmişdi. Bu zaman polislər evimizə gəldilər, gördülər ki, oyuncaqlar evimizə səpələnib, uşaqları isə bizdən aldılar. Bunu hansı səbəbdən etdiklərini də demədilər, məhkəmə qərarı olmadan uşaqları götürüb getdilər. Böyük uşaq İlyanı dərhal məktəbdən alıblar. Maşa və Anjelinanı uşaq bağçasından alıblar. 5 yaşlı Viktoru, 3 yaşlı Davidi və yeni doğulmuş Andryuşkanı analarının əllərindən alıb aparıblar. Bircə Amaliya qalıb. İndi Almaniya dövləti ailəyə uşaqlarla münasibət qurmağı və valideynlərə uşaqlar haqqında hər hansı bir informasiya verməyi qadağan edib.
Tanya deyir ki, Andreyin bacısına az öncə icazə veriblər ki, uşaq evindəki uşaqlarına baş çəksin. Bu şərtlə ki, o, onlara heç nə verməsin”.
Qeyd edilir ki, hazırda Tatyana əri ilə qaynının kənddəki evində birlikdə yaşayır. Doğma kazak kəndindən getmək lazım gəlib - orda iş yoxdur. Yeni kənddə isə Andrey yerli ət kombinatına işə düzəlib. Maldar işləyir. Tatyana məişəti sahmana salır və qızını uşaq bağçasına verir. Qohumlar onları özlərinin kiçik köhnə evlərinə buraxıblar. Tatyana deyir ki, yer darısqal olsa da, burda yaşamaq daha yaxşıdır: “Mən Almaniyaya heç vaxt bir daha qayıtmaram. Mən çox istəyirəm ki, uşaqlarımı qaytarım. Onların hamısı mənə lazımdır. Təkcə Rusiya vətəndaşlığı olan uşaqlar yox, hamısı lazımdır(Almaniyada doğulan uşaqların hamısı avtomatik olaraq vətəndaşlıq alır)”.
Qeyd edilir ki, bu cür qəzavü-qədərlər nadir hal deyil: “Ötən ilin aprelində Norveç hakimiyyəti rus ana Tatyana Benedikendən və onun litvalı ərindən 3 uşağını alıb. Qızları başqa bir ailəyə veriblər - valideynləri onları yalnız həftədə bir dəfə görə bilərlər. Rusiya prezidenti yanında uşaq haqları üzrə səlahiyyətli nümayəndə Pavel Astaxovun sözlərinə görə, uşaqların alınması qərarını Norveçin Uşaq himayəsi xidməti verib. Norveçin Rusiyadakı səfirliyindən bildiriblər ki, uşaqların valideynlərdən alınması ilə bağlı bu qərar “Norveç üçün yeganə hal deyil”. Məhkəməyə müraciət isə bu işdə yardım edib: birinci instansiyalı məhkəmə uşaqların rusiyalı anaya qayatarılmasını təmin edib. Himayə qurumları apelyasiya şikayəti etsələr də, uduzublar. Benedikenin iki uşağının Norveçdə doğulmasına baxmayaraq, onların hamısı Rusiya vətəndaşlığına malik olub.
Amma Lorenslərin ailəsinin vəziyyəti bu baxımdan ağırdır - uşaqların yarısı alman vətəndaşıdır. Həmçinin Lorenslərin yaxşı vəkil tutmaq üçün pulları yoxdur.
Almaniyadakı rusdilli qəzet “Sooteçestvennik” bu il uşaqların valideynlərdən ədalətsiz ayrılması problemini qaldırıb. Müəllif Ali Ria Eşli bu barədə belə yazıb: “Belə bir hal dünyanın heç bir yerində yoxdur. Uşaqları “tərbiyəyə imkan olmadığına görə” valideyndən ayırırlar və bu, çox tez-tez məhkəmə qərarı olmadan baş verir”. Hər şeydən öncə adekvat praktika digər mədəniyyətlərə, xüsusilə rus, türk və digərlərinə aid ailələrə qarşı tətbiq edilir. Rus, polşalı, italyan valideynlər ondan narahatdırlar ki, uşaqlarını onlardan alırlar. Digər hökumətlər, ələlxüsus, Polşa hökuməti öz uşaqlarının “almanlaşdırılması” və ailələrdən uşaqların oğurlanmasından danışırlar.
Təəssüf ki, bu, alman hökumətinin real fəaliyyətidir. Bu ölkə isə digər ölkələrdə insan hüquqlarının vəziyyətini izləməkdədir və bununla bağlı mövqe bildirmək iddiasındadır. “Sooteçestvennik”in yazdığına görə, təkcə ötən il Almaniyadakı ailələrdə valideynlərdən zorla 40 min uşaq alınıb. Strasburqda insan hüquqları üzrə informasiya mərkəzinin direktoru Harri Murrey bildirib: “Biz çoxdandır Almaniya hökumətindən bu barbar praktikasına son qoymağı və uşaqların, onların qanuni valideynlərinin elementar hüquqlarını qorumağı tələb edirik. Uşaqların əslində öz doğmalarına ciddi ehtiyacı var. Buna görə də alman hökumətinin buna qarşı siyasəti dayandırılmalıdır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info