Sərkisyan hakimiyyəti sosial qiyamla üzləşə bilər
Tarix: 16.10.2014 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Müxalifət oktyabrın 24-nə təyin etdiyi mitinqi də “Serj rədd ol” şüarı ilə keçirəcək
Ermənistanı kütləvi etiraz aksiyaları bürüyüb. Serj Sərkisyan hakimiyyətinin uğursuz daxili və xarici siyasəti ölkəni iflic vəziyyətinə gətirib çıxarıb. Xarici siyasət sahəsində manevr ikmanları tükənən rəsmi İrəvan hakimiyyəti çıxış yolu kimi Avrasiya İttifaqına sığınmağı seçib. Sərkisyan Rusiyanın «forpostu» kimi Moskvadan müəyyən maddi yardımlar almaq ümidindədir ki, ölkədəki sosial qiyam dalğasını yatıra bilsin. Amma onun bu siyasəti deyəsən, faydasız olacaq.
Məsələ ondadır ki, Ermənistanın müxtəlif yerlərində gündəlik etiraz aksiyaları keçirilir. “Nairit” və digər bu kimi zavodların işçiləri aylardır ala bilmədkləri maaşlarına görə etiraz aksiyaları keçirirlər. Qarşıdan ağır qış aylarının gəlməsi, Rusiyadan olan pul transfertlərinin kəskin azalması istər-istəməz onsuz da pis olan iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Bu isə insanların küçələrə çıxaraq Serj Sərkisyana qarşı aksiyalar keçirməsinə səbəb olur. İmkanı olan əlinə keçən ilk fürsətdəcə Ermənistanı tərk edir. Dünən “Lragir” bununla bağlı maraqlı bir fakt açıqlayıb. “Zvartnos” hava limanının göstəricilərinə əsasən gələnlərlə gedənlərin arasında yaranan fərq insanların hansı sürətlə Ermənistanı tərk etməsini ortaya qoyur. Belə ki, cari ilin ilk 9 ayı ərzində əsas hava limanı vasitəsilə gedənlərin sayı 810 min 952 nəfər olduğu halda gələnlərin sayı 762 min 157 nəfər olub. Deməli, 9 ayda təkcə bir hava limanı vasitəsilə gedənlərdən 48 min 795 nəfəri geri qayıtmayıb. Gümrüdəki hava limanından isə eyni dövrdə gedənlərin sayı 15 min 19 nəfər olduğu halda, gələnlərin sayı 11 min 860 nəfər olub. Ölkədə qalan vətəndaşlar isə dözülməz iqtisadi şərtlərə etiraz olaraq aksiyalar keçirirlər. Bu isə Ermənistan müxalifətini bir qədər silkələyib. Belə ki, oktyabrın 10-da müxalifət Azadlıq meydanında etiraz aksiyası keçirmişdi. Aksiyanın təşkilatçıları “Çiçəklənən Ermənistan”, “İrs” partiyaları və Ermənistan Milli Konqresi idi. Aksiya iştirakçıları ölkənin ağır iqtisadi vəziyyətinə, Sərkisyanın siyasi xəttinə və ölkənin Avrasiya İttifaqına üzv olmasına etiraz ediblər. Aksiyada səslənən əsas siyasi şüar “Serj rədd ol” olub. Maraqlıdır ki, aksiya iştirakçıları arasında Kotayk əyalətinin sakinləri üstünlük təşkil edib. “Çiçəklənən Ermənistan”ın rəhbəri Çarukyan Kotayk əyalətindən olduğundan onun həmyerliləri aksiyada üstünlük təşkil edib. Ermənistanın ən böyük sahibkarlarından biri, həm də deputat mandatı daşıyan Çarukyanın müxalifətin sıralarına qoşulması aksiya iştirakçıları arasında sevinclə qarşılansa da, müəyyən şübhələri də bərabərində gətirib. Onun müəyyən siyasi oyunun tərkib hissəsi kimi müxalifətin aksiyalarına qoşulduğu iddia edilir. “Müxalifət üçlüyü” növbəti mitinqi oktyabrın 24-nə təyin edib. Həmin mitinq də “Serj rədd ol” şüarı ilə keçiriləcək. “Qraparak” yazır ki, “üçlüyə” dahi bir partiyanın qoşulması gözlənilir. Belə ki, Ermənistan Xalq Partiyası da növbəti aksiyada iştirak edəcəyini bildirib. Partiya rəsmisi Qrişa Virabyan hesab edir ki, on minlərlə insanın “Serj rədd ol” şüarı ilə aksiya keçirməsi mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, müxalifət diqqətli olmalı və hakimiyyətin oyununa gəlməməlidir. Virabyan bildirib ki, əsl müxalifət namizədi seçə bilsələr, aksiyaya 200 min nəfər çıxara bilərlər. Oktyabrın 24-nə qədər də Ermənistanın siyasi həyatı sakit keçməyəcək. Məsələ ondadır ki, dünən də İrəvanda aksiya olub. Buzanda, Anrapetutyan və Ekmalyan küçələrinin evləri dağılan sakinləri hələ də onlara vəd edilən yeni evləri ala bilmədikərinə görə aksiya keçiriblər. Tiqran küçəsini bağlayan sakinlər daha sonra Ermənistan hökumət binasının qarşısına toplaşıblar. Binanı qoruyan polislər sakinləri kobudluqla oradan uzaqlaşdırmağa çalışıb. Sakinlərə vəd olunub ki, hökumət başçısı onların nümayəndələri ilə görücəşəcək. Göründüyü kimi Ermənistanı ”isti” payız və qış ayları gözləyir. Serj Sərkisyan hakimiyyəti sosial qiyamla üzləşə bilər. Etiraz aksiyalarının sayının artması Sərkisyan üçün ciddi siqnaldır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
04.06.2020
Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir
04.06.2020
Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir
04.06.2020
Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur
04.06.2020
Bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info