Azərbaycan separatçılıqdan əziyyət çəkən ölkələr sırasına daxil edilib
Tarix: 17.10.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Fikrət Məmmədov: “Ermənistanın münaqişənin
həlli ilə bağlı pozucu siyasəti dinc nizamlanmaya problemlər
yaratmağa yönəlib”

Ədliyyə naziri Fikrət Məmmədov dünən Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasında çıxış edib. Nazir çıxışında qeyd edib ki, öz müqəddəratını təyinetmə prinsipindən separatizmə haqq qazandırmaq üçün istifadə oluna bilməz: “Bu gün dünyada öz müqəddəratını təyin etməyə çalışan millətlər və xalqlar var. Avropada regionlara özlərinin ən mühüm problemlərini həll etməyə imkan verən xüsusi statusun verilməsi nümunələri var. BMT Nizamnaməsinə görə, öz müqəddəratını təyinetmə prinsipi xalqların dövlətin ərazi bütövlüyü çərçivəsində öz ərazilərinin idarə edilməsində iştirakını təmin edir. Bu prinsipdən separatizmə bəraət qazandırmaq üçün istifadə oluna bilməz”.
Nazirin sözlərinə görə, Azərbaycan artıq 20 ildən çoxdur ki, separatizmdən əziyyət çəkir: “Ermənistan Azərbaycan ərazilərinin 20 faizindən çoxunu işğal edib, bir milyon azərbaycanlı məcburi qaçqın və köçkünə çevrilib. Ermənistanın münaqişənin həlli ilə bağlı pozucu siyasəti dinc nizamlanmaya problemlər yaratmağa yönəlib. Bunların hamısı beynəlxalq ictimaiyyətə Ermənistan barəsində ciddi sanksiyalar tətbiq etməyə əsas verir”. F.Məmmədovun fikrincə, separatizmin və silahlı münaqişələrin baş qaldırmasına, özbaşınalıq və cəzasızlıq hissi yaradan “ikili standartlar”dan da imtina etmək vacibdir: “Azərbaycan birmənalı olaraq Ukraynada və digər qonşu ölkələrdə münaqişələrin siyasi dialoq və beynəlxalq prinsiplər əsasında nizamlanmasını dəstəkləyir. Beynəlxalq hüquqa, həmçinin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət kimi əsas normalara uyğun gəlmirsə, silahlı münaqişələri separatçı hərəkətlər və ya siyasi böhranlar vasitəsilə nizamlamaq olmaz. Dövlətlər arasında dostcasına qarşılıqlı münasibətlər və əməkdaşlığa dair normalara ciddi riayət edilməsi və tərəflərin qəbul etdikləri öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq sülh və təhlükəsizlik üçün son dərəcə əhəmiyyətlidir”.
Qeyd edək ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının plenar iclasında “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adlı bəyanat layihəsi ətrafında müzakirələr aparılıb. Konqresin belçikalı üzvü Mark Kulsun hazırladığı sənədin müzakirələrində Azərbaycanın Konqresdəki nümayəndə heyətinin üzvləri, digər xarici həmkarları ilə birgə sənədin 6-cı paraqrafına əlavə irəli sürüblər və bu əlavə də 68 lehinə, 35 əleyhinə səslə qəbul olundu. Bəyanat layihəsinin 6-cı paraqrafına irəli sürülmüş əlavəyə əsasən, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsinin separatçı hərəkətlərlə üzləşən üzv dövlətlərdə baş verən münaqişələrin sülh yolu ilə həll edilməsi üçün vacib şərt olduğu qeyd olunub. Amma səsvermədən öncə Azərbaycanın Konqresdəki nümayəndə heyətinin rəhbəri Anar İbrahimov təklif olunan əlavəyə bir dəyişikliyin də edilməsini şifahi şəkildə bildirib və əlavədəki “dövlətlərin” sözü əvəzinə konkret olaraq Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın adının salınmasını istəyib. Ermənistan nümayəndə heyəti üzvlərinin etirazlarına baxmayaraq, bu şifahi təklif də böyük əksəriyyətlə qəbul olunub. Sonda bəyanat layihəsi bütövlüklə səsə qoyularaq qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
04.06.2020
Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir
04.06.2020
Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir
04.06.2020
Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur
04.06.2020
Bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info