PFL Rusiya Futbol Premyer Liqası ilə əməkdaşlıq edəcək
Tarix: 17.10.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


“Araz-Naxçıvan”ın çempionatda iştirakına çox sevinirəm”. Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Cari mövsüm I dəstədən Topaz Premyer Liqasına yüksələn və hələlik uğursuz təsir bağışlayan “Araz-Naxçıvan” haqqında danışan Musayev komandanın çempionatın son 6 turunda qələbə qazana bilməməyini baş məşqçi Əsgər Abdullayevin yanlış seçimi ilə əlaqələndirib: “Naxçıvana gedən komandaların legioner futbolçuları xoş təəssüratlarla qayıdırlar. Azərbaycanın blokadada yaşayan bir bölgəsinin bu qədər gözəl olmasını təqdirəlayiq hal sayırlar. Futbol baxımından isə onu qeyd etmək lazımdı ki, bu komanda 14 ildən sonra bərpa oldu və elə ilk ildə Premyer Liqaya vəsiqə qazandı. Onların çıxışına gəlincə, gəlin, tələsməyək. Bəlkə də fasilədən sonra tamamilə başqa komanda olacaq. Amma etiraf edək ki, baş məşqçi Əsgər Abdullayev yanlış seçim etdi. O, futbolçu limitinə görə tələsdi. İndi də bu üzdən problemlərlə üzləşiblər və nəticə də yoxdu. Bundan başqa, orada lazımsız futbolçular var. 2-3 oyunçu var ki, onlar komandada olmamalıdır. Bütün bu səbəblər uğursuzluğun olmasına gətirib çıxarır”. Onu da qeyd edək ki, Peşəkar Futbol Liqası beynəlxalq əlaqələrini genişləndirir. Ramin Musayevin prezidenti olduğu qurum Rusiya Futbol Premyer Liqası (RFPL) ilə əməkdaşlıq edəcək. Bunu şimallıların ən yüksək liqasının rəhbəri Sergey Pryadkin açıqlayıb.
Futbol funksioneri Qazaxıstan Peşəkar Futbol Liqası ilə əməkdaşlıq barədə sazişin imzalanmasından sonra gələcək planları açıqlayıb: “Bu memorandum sonuncu deyil. Növbəti ölkələr Moldova, Belarus, Azərbaycan və Ermənistan olacaq”. Pryadkin bildirib ki, Qazaxıstan və Rusiya klublarının iştirakı ilə mini-turnirin keçirilməsi də planlaşdırılıb. UEFA təqviminin sıxlığı üzündən bu yarış toplanış dövründə keçiriləcək. Onun istədiyi baş tutsa və ölkəmizlə də müqavilə imzalansa, gələcəkdə Azərbaycan klublarının da belə turnirlərdə oynaması gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Barselon“nın futbolçusu “Mançester Siti“yə keçir
31.05.2020
Koronavirus “Kral klubu“nun əl-ayağını bağladı
31.05.2020
50 milyonluq transfer açıqlandı
31.05.2020
Qadın döyüşçü UFC-də ilkə imza atdı
31.05.2020
“Atletiko“dan ayrıldığını açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info