“Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”
Tarix: 17.10.2014 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


"Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır". Bunu “Trend”ə açıqlamasında tarix elmləri doktoru, professor, millət vəkili Fəzail İbrahimli deyib.
Tarixçi alim bildirib ki, İrəvanın Ermənistana paytaxt kimi verilməsi məsələsi kifayət qədər gündəmdə olub və bu gün də aktuallığını itirmir: "Səbəb ondan ibarətdir ki, vaxtilə bu torpaqlar Ermənistan tərəfinə verilən zaman şərt qoyulmuşdu ki, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Bu gün də Azərbaycan ərazisinin 20 faizini işğal edən və 1 milyon qaçqın taleyi yaşadan Ermənistan tərəfinə qarşı Azərbaycan öz fikirlərini ortaya qoyub onları qanuni formaya salmalıdır. İrəvanın Ermənistana paytaxt kimi verilməsi haqqında Milli Şuranın 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalıdır, bu qərar ləğv olunmalıdır".
F.İbrahimli deyib ki, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun bu fikri kifayət qədər realdır: "1918-ci ilin mayında ermənilərlə belə razılıq əldə edilmişdi ki, bundan sonra Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək. Əgər bu gün də əl çəkmirsə, Azərbaycanın siyasi, mənəvi, hüquqi haqqı var ki, həmin qərarı birtərəfli qaydada ləğv etsin".
Millət vəkili hesab edir ki, bu məsələnin qaldırılması qətiyyən nə Osmanlı Türkiyəsinin, nə də Milli Şura üzvlərinin üzərinə kölgə salmaq məqsədi daşımır: "Bu məsələyə Xalq Cümhuriyyəti liderlərinin səhvi kimi də baxmaq olmaz. Bu, zamanın tarixi səhvidir. Varlığını, şəxsiyyətini, bütövlüyünü, taleyini və mövcudluğunu bu millətin yolunda qurban verən həmin insanlar heç də özbaşına, xəyanətkar mövqedən çıxış etmədilər. O vaxt 3 nəfər Milli Şuranın bu qərarının əleyhinə çıxmışdı. Milli Şuranın üzvləri bunu "bəlalı qərar" adlandırdılar. Səbəb nə idi? Bu məsələ ilə bağlı düşünən zaman ilk növbədə o dövrdəki ictimai-siyasi şəraiti, siyasi tarixi, Azərbaycanla bağlı olan prosesləri, dünyada gedən geosiyasi dəyişiklikləri bilmək lazımdır. Bunları nəzərə almasaq, yekdil fikir söyləmək olmaz. Zaman məsələni belə qoymuşdu; ya ayağa dur, öz dövlətini bərpa et, ya da parçalan, məhv ol. Bu reallığı dərk edən Azərbaycanın demokratik, Avropada, Rusiyada qabaqcıl təhsilə və düşüncəyə yiyələnmiş bir qrup ziyalının daxil olduğu Milli Şura 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətini elan etdi. Azərbaycanın istiqlaliyyəti Tiflisdə elan edildi. Bəs Azərbaycanda hakimiyyətdə kim idi? Stepan Şaumyanın rəhbərlik etdiyi erməni-daşnak hakimiyyəti. Bu daşnak hakimiyyəti ilə mübarizə aparmaq üçün mütləq Azərbaycana gəlmək lazım idi. 18 gündən sonra Azərbaycanın paytaxtı Gəncəyə köçürüldü. Ordusu, donanması, əsgəri olmayan bir dövlət məhz Türkiyəyə güvənc və güman yeri kimi baxdı. Nəticədə Qafqaz İslam Ordusu yaradıldı və bunu həyata keçirdi".
Onun sözlərinə görə, bu, zamanın diqtəsi idi: "Çünki Avropada gedən müharibədən qalib çıxmış və Paris Sülh Konfransını çağıran prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də sizin müstəqilliyiniz haqqında düşünək. Azərbaycan tərəfi də məcburiyyət üzündən torpaqları Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi - Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu". Qeyd edək ki, Tarix İnstitutunun direktoru, deputat Y.Mahmudov mətbuatda Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı maraqlı faktlarla çıxış etmişdi.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info