Komitə “Açıq qapı” günü keçirib
Tarix: 17.10.2014 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi 17 oktyabr 2014-cü il tarixində Abşeronda vətəndaşlar və mətbuat nümayəndələri üçün növbəti dəfə “Açıq qapı” günü təşkil edib. Həmin gün daşınmaz əmlakın qeydiyyat və kadastrı sahəsində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, bələdiyyələr, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələrinin iştirakı ilə maarifləndirmə seminarı da keçirilib. Hər iki tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsində baş tutub.
“Açıq qapı” günü-vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. “Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyət ilə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb. Əmlak Məsələləri Dövlət Komitəsi də bu prinsiplərdən irəli gələrək belə tədbirlərin təşkilini davam etdirir.
“Açıq qapı” gününün məqsədi ictimaiyyəti, eləcə də KİV nümayəndələrini komitənin fəaliyyəti və göstərdiyi müasir xidmətlər ilə yaxından tanış etməkdir. “Açıq qapı” günündə daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti, qeydiyyatla bağlı hüquqi prosedurlar, yaradılmış rahat, çevik və modern xidmətlər əyani şəkildə vətəndaşlara və KİV nümayəndələrinə nümayiş etdirilib.
Tədbirdə qeyd olunub ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər həyata keçirilir. “Açıq qapı” günündə komitənin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. Komitənin istifadəyə verdiyi 4-ü informativ və 25-i interaktiv olmaqla 29 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Qeyd olunub ki, indiyədək 111 mindən çox hüquqi və fiziki şəxs komitənin elektron xidmətlərindən yararlanıb.
Bildirilib ki, komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri həyata keçirilir və beynəlxalq məsləhətçilərlə birgə komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb. Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu sistemin işə düşməsilə, müəyyən olunmuş qaydalar əsasında, bütün dövlət qurumları və müvafiq təşkilatlar daşınmaz əmlaklar barədə zəruri informasiyaları çevik, dəqiq və rahat əldə edə biləcəklər. Bu məqsədlə, hazırda Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilir. Mərkəz komitə üzrə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafını, yeni informasiya sistemlərinin yaradılmasını təmin edəcək. Komitənin vahid korporativ kompüter şəbəkəsinin idarə edilməsi və təkmilləşdirilməsi, fəaliyyət sahələri üzrə elektron reyestrlərin yaradılmasını həyata keçirəcək. Eyni zamanda, Mərkəz virtual informasiya təhlükəsizliyinə, o cümlədən komitədə istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə nəzarət edəcək.
Eyni zamanda, tədbirdə nəzərə çatdırılıb ki, Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə müasir ərazi qeydiyyat idarələri fəaliyyət göstərir. Bu il ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə və Beyləqanda yerləşən ərazi idarələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib. Həmin binalar müasir tələblərə tam cavab verir və binalarda yüksək səviyyədə xidmət şəraiti yaradılıb. Vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Hər bir ərazi qeydiyyat idarəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Bu da ictimai maariflənmənin təmin olunmasına, əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına xidmət edir. Qeyd olunub ki, səmərəli, şəffaf və çevik fəaliyyət üçün hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.
Məhz qeyd edilən tədbirlərin nəticəsidir ki, bu ilin 9 ayında daşınmaz əmlakın qeydiyyat sayı rekord həddə çataraq 151 min olub. Bu ötən ilə nisbətən 18,7% artım deməkdir. Belə ki, keçən ilin eyni dövründə 127 min daşınmaz əmlak qeydiyyata alınmışdı. 2014-cü ilin sonuna isə daşınmaz əmlakın qeydiyyatında yeni rekord say proqnozlaşdırılır.
Qeyd edildiyi kimi, həmin gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı növbəti seminar keçirilib. Komitə tərəfindən bu ilin əvvəlindən start verilən hüquqi maarifləndirici tədbirlərin təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunmasıdır.
Bildirilib ki, belə tədbirlər vasitəsilə dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı əhali arasında geniş izahat işləri aparılır.
Seminarın sonunda verilən suallar cavablandırılıb və təqdimatla bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, belə tədbirlər bu ilin yanvar ayından etibarən Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə, Xaçmaz və Beyləqan rayonlarında da təşkil edilib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Gənc heydərçilər yay istirahət düşərgəsinə yola salınıblar
16.07.2018
Tələbələr üçün arxeoloji düşərgə təşkil edilib
16.07.2018
Məişət Tullantılarının Yandırılması Zavodu böyük şəhəri elektrik enerjisi ilə təmin edə bilər 
14.07.2018
Bu il Şəmkirdə 100 hektara yaxın yeni istixana tikiləcək
14.07.2018
“Pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar aşkarlanıb“

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9626

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info