Bakıda beynəlxalq konfrans keçirilir
Tarix: 24.10.2014 | Saat: 11:50:00 | E-mail | Çapa göndər


Bakıda “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans başlayıb. Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib ki, İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqi istiqamətində bu konfransın böyük töhfə verəcəyinə ümid edir.
Avropa İnsan Haqları Məhkəməsinin sədri Din Şpilman bildirib ki, presedent hüququna dair geniş biliyə malik olmaq zəruridir. O qeyd edib ki, müxtəlif vasitələrdən istifadə edən Avropa İnsan Hüquqları Məhkəməsi ölkələrdə həmin struktur xarakterli çatışmazlıqların aradan götürülməsinə dair pilot, sınaq xarakterli tövsiyələr, qərarlar çıxarır: “Yaxın illərin statistikasına nəzər salsaq, Avropa Məhkəməsində məhkəmə işlərinin sayı azalıb. Lakin bu məsələ hələ də diqqət mərkəzindədir. Çünki bəzi işlərə daha çox vaxt tələb olunur, hakimlərin yükünün yenə azalmasına ehtiyac var. Xüsusilə dövlətlərlə təmaslarda Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarlar, verilən tövsiyələrin ədalətli olmasına çalışmalıyıq. Bu, həm də Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşən bir roldur. Sabah səhər konfrans çərçivəsində son sessiyada hakimlər arasında dialoq barədə danışacağıq”.
D. Şpilmanın sözlərinə görə, artıq milli hakimlərlə Avropa Məhkəməsinin hakimləri arasında dialoq münasibətləri qurulub: “Bu yaxınlarda qəbul edilən 16 saylı protokol bir növ dialoq protokoludur, məqsəd hakimlər, məhkəmələr arasında dialoqun qurulmasıdır. Bu protokol qüvvəyə minəndən sonra ölkələrdə ali məhkəmələrə imkan verəcək ki, Konvensiyanın tətbiqi ilə bağlı öz fikirlərini, rəylərini Avropa İnsan Haqları Məhkəməsinə birbaşa ifadə etsinlər. Bu fikirlər və rəylər məcburi xarakter daşımayacaq, əsas məqsəd yanlış fikirlərə aydınlıq gətirməkdir. Əminəm ki, bu mexanizm məhkəmə işlərinə baxılmasına səmərəlilik gətirəcək. Hətta Avropa İnsan Haqları Məhkəməsinə qədər işlərə ölkə məhkəmələrində düzgün qiymət verilməsinə töhfə olacaq. Sonra məhkəmə Forumu geniş heyətdə əldə olunan nəticələri, sistemdə çatışmayan cəhətləri müzakirə edəcək”.
Avropa İnsan Haqları Məhkəməsinin sədri deyib ki, məhkəmənin yurisdiksiyasına daxil olan ölkələrdə baş verən son hadisələr onları narahat edir: “İnsan hüquqları standartı Azərbaycanda da təmin olunmalıdır. Mən dialoq konsepsiyasına çox sadiqəm. Amma dialoq o zaman mənalı olur ki, tərəflərin bütün rəy və fikirləri ifadə olunsun. Əlbəttə, hakimlər hökmlər vasitəsilə öz rollarını ifadə edirlər. Lakin insan hüquqlarının ifadə olunması məhz dialoq formatında bütün tərəflərin sərbəst şəkildə fikirlərini bildirilməsi ilə mümkün ola bilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Bakı şəhərinin baş planı hazırlanır
17.07.2018
Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlarda təqdim olunub
17.07.2018
“Duz” gölündə ekoloji təmizlik təmin edilir
17.07.2018
Məcburi köçkünlərlə növbəti görüş olub
17.07.2018
Əflatun Amaşovun Vikipediya səhifəsi yaradıldı

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9641

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info