Əli Hüseynli: “Geniş spektrdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməliyik”
Tarix: 24.10.2014 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


"İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpasının faydası Azərbaycan cəmiyyəti, dövləti, vətəndaşları üçündür". Bunu sözügedən işçi qrupunun üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli xatırladıb ki, bir neçə il bundan əvvəl hökumət, parlament və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu cür işçi qrupu mövcud idi: "O zaman da işçi qrupu insan hüquqları sahəsində mövcud olan problemlərin birgə müzakirəsi ilə bağlı memorandum imzalamışdı. Bir müddət həmin işçi qrupu mandatına uyğun olaraq fəaliyyət göstərdi və çox da əhəmiyyətli işlər görülmüşdü. Sonradan işçi qrupunun fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı və bunun da səbəbi bizim həyata keçirdiyimiz işlərə Avropa Şurasının bəzi təsisatları, o cümlədən məruzəçilərin mane olması idi. İndi isə biz bu formatı daha geniş şəkildə bərpa etmişik".
Deputatın sözlərinə görə, bu qrupda həm hakimiyyət nümayəndələri, həm də vətəndaş cəmiyyəti daha geniş təmsil olunur: "Mən bunu işçi qrupu yox, daha çox əməkdaşlıq qrupu adlandırardım. Bunun məqsədi hansısa dövlət orqanının işini əvəz etmək deyil, çünki insan haqlarının qorunması dövlətin ali məqsədidir, bununla bağlı xüsusi qurumlar var, Ombudsman var, məhkəmələr insan hüquqlarının pozulması ilə bağlı işlərə baxır. Burada bizim məqsədimiz Azərbaycanda vətəndaş cəmiyyətinə əhəmiyyət verməyimizdir, qeyri-hökumət təşkilatlarının rolunu qeyd etməkdir və hakimiyyət nümayəndələri ilə qeyri-hökumət təşkilatları arasında təmasın daha sıx olmasıdır. Yəni daha sıx təmas mexanizmidir. Biz bir katiblik yaratmışıq, mən özüm də orada millət vəkili qismində yox, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri kimi təmsil olunuram. Katibliyin rəhbəri vətəndaş cəmiyyətinin nümayəndəsidir. Beləliklə, insan hüquqları ilə bağlı meydana çıxan, müzakirə oluna bilən, yəni istənilən bir məsələ hakimiyyət nümayəndələrinin diqqətinə operativ şəkildə çatdırılacaq. Bu qrupun əhəmiyyəti bundan ibarətdir və fəaliyyət sahəsi də kifayət qədər genişdir".
Ə.Hüseynli daha sonra deyib: "Bir daha vurğulayım ki, o zaman qrupun fəaliyyəti ona görə dayandı ki, bizim məşğul olduğumuz məsələlərdən biri də məhkumların azad olunması ilə bağlı humanitar aspekt idi və Avropa Şurasında yenidən qondarma siyasi məhbus mövzusunu meydana atdılar. Əlbəttə ki, belə formatda əməkdaşlıq artıq heç bir effekt vermirdi. Amma biz özümüz düşündük ki, nə Avropa Şurasının, nə də başqa beynəlxalq təşkilatların dediyi qeydlərə, tənqidlərə əhəmiyyət verməliyik, Azərbaycanın vətəndaş cəmiyyətində kifayət qədər sağlam düşüncəli insanlar var, onlar bəzən hakimiyyəti də, həyata keçirilən işləri də tənqid edirlər, amma Azərbaycanın dövlətçiliyi məsələsində, milli təhlükəsizlik məsələsində onların çox ciddi mövqeləri var. Və biz qərara gəldik ki, bütün bunlara baxmayaraq geniş spektrdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməliyik və bunun faydası ancaq Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan vətəndaşları üçündür. Yəni beynəlxalq təşkilatların hansısa bir rəyi, fikri ikinci dərəcəlidir. Ən başlıcası odur ki, əgər hansısa cəmiyyətdə bir fikir varsa, vətəndaş cəmiyyəti, qeyri-hökumat təşkilatı bir problemi qaldırırsa, ona çevik reaksiya vermək mümkün olsun".
Xatırladaq ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info