Azərbaycan Pakistanda daha bir humanitar aksiya keçirib
Tarix: 01.11.2014 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) adından humanitar yardım aksiyası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Taxt Hazara kəndində təşkil olunmuş tədbirdə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, media nümayəndələri, təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak ediblər.
Abid Vahid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib. O, AIDA tərəfindən oktyabrın 23-də sel daşqınları və leysan yağışlarından zərər çəkmiş insanlara humanitar yardım aksiyasına start verildiyini xatırladıb. Səfir Daşqın Şikarov Azərbaycan və Pakistan arasındakı yüksək səviyyəli əlaqələrdən, AIDA-nın fəaliyyətindən danışıb. D.Şikarov təşkilatın Latın Amerikası, Afrika və Asiyada yerləşən 30-dan çox ölkədə müxtəlif layihələr reallaşdırdığını, humanitar yardımlar həyata keçirdiyini vurğulayıb. Qeyd olunub ki, AIDA Heydər Əliyev Fondu ilə birgə cari ilin mayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı” layihəsini icra edib və bununla da on minlərlə insan içməli su ilə təchiz olunub. Təbii fəlakətdən zərər çəkmiş insanlar adından danışan bölgənin ağsaqqalı Şahnavaz Raca ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik çıxdığına görə Azərbaycan xalqına və ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirin sonunda zərərçəkmiş insanlara AIDA adından qida paketləri paylanılıb. Yardım ümumilikdə təbii fəlakətdən zərər çəkmiş 25 min insanı əhatə edib.




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29.03.2020
Azərbaycan hökuməti bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib
28.03.2020
Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
28.03.2020
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO
28.03.2020
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11484

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info