“Tert.am”: “Ermənistan dünyanın 10 ən bədbəxt ölkəsindən biridir”
Tarix: 05.11.2014 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Amerikanın məşhur araşdırma şirkəti olan “CATO” dünya ölkələrində həyat səviyyəsi ilə bağlı “The World Misery Index” reytinqini açıqlayıb.
“Tert.am” xəbər verir ki, 109 ölkənin adının qeyd olunduğu reytinqdə Ermənistan ən pis göstəriciyə malik olan dövlətlərdən biri olub. Amerika şirkəti 109 ölkə arasında ən yoxsul və bədbəxt olan 10 ölkənin adını qeyd edib. Dünya üzrə 10 ən yoxsul və bədbəxt ölkədən biri də Ermənistan olub. Ermənistan yoxsulluq səviyyəsinə görə 37.1 balla 10-cu olub. Reytinq siyahısı elə tərtib edilib ki, mövqeyin nə qədər yüksəkdirsə, yoxsulluq səviyyəsi bir qədər ağırdır. Beynəlxalq araşdırma şirkəti hesab edir ki, Ermənistanda yoxsulluğun əsas səbəbi işsizlikdir. Ermənistan işsizlik səviyyəsinə görə regionda qonşu dövlətlərə uduzur. Ən pis yoxsulluq səviyyəsi Suriyadadır. Reytinqə əsasən dünyanın ən varlı və xoşbəxt ölkəsi İveçrədir. Qeyd edək ki, Ermənistan bir neçə gün əvvəl açıqlanan firavanlıq indeksi olan “2014 Prosperity Index2 reytinqində də ən pis göstəricilərdən birinə malik olub. Ermənistan firavanlıq göstəricilərinə əsasən postsovet məkanı ölkələri arasında ən pis nəticə ilə qeyd edilib. Hətta Tacikistan belə, 94-cü olmaqla Ermənistanı bir pillə qabaqlaya bilib. Bu göstərici üzrə lider Norveç olub. İsveçrə ikinci, Yeni Zelandiya üçüncü olub. 10 ən firavan ölkə reytinqində növbəti yerlərdə müvafiq olaraq Danimarka, Kanada, İsveç, Avstraliya, Finlandiya, Niderland və ABŞ qərarlaşıb. Avropanın ən çox çiçəklənən ölkəsi Britaniya olub. 13-cü sırada olan ingilisləri Almanlar izləyir. Fransa 21-ci, İspaniya 26-cı, İtaliya isə 37-cidir. İnkişaf etməkdə olan nəhəng ölkələrdən Braziliya 49-cu, Çin 54-cü, Meksika isə 64-cü sıradadır. Mərkəzi Afrika Respublikasının sonuncu olduğu reytinqdə İndoneziya 71-ci, Türkiyə 86-cı, Hindistan isə 102-cidir.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info