Gənc istedadların üzə çıxarıldığı məkan
Tarix: 05.11.2014 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Gənc nəslin şahmatın sirlərinə yiyələnməsi istiqamətində yorulmadan çalışmış Fuad Cəfərovun uşaq və yeniyetmələrin bu idman növünü sevməsində böyük rolu olub

Onun təşkilatçılığı ilə keçirilən yarışlarda Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov kimi gənc şahmatçılar yetişiblər

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun vəfatından on il ötür. Təcrübəli məşqçi, eyni zamanda, şahmat turnirlərinin gözəl təşkilatçısı olan Fuad Cəfərovun adı ölkəmizin idman ictimaiyyəti, o cümlədən şahmatsevərlər arasında böyük ehtiramla çəkilir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda Fuad Cəfərovun ölkəmizdə uşaq və yeniyetmə şahmatçıların yetişməsində oynadığı böyük rola toxunacağıq.
Karyerası ərzində rəhbərlik etdiyi şahmat mərkəzində gənc nəslin şahmatçın sirlərinə yiyələnməsi istiqamətində yorulmadan çalışan Fuad Cəfərov uşaq və yeniyetmələrin bu idman növünü sevməsində böyük rolu olub. O və rəhbərlik etdiyi şahmat mərkəzinin fəaliyyəti gənc şahmatçılarımızın müxtəlif beynəlxalq turnirlərdə qələbə qazanmasına, respublikada şahmatsevərlərinin sayının artmasına, müvafiq məşqçi kadrların yetişməsinə təkan verib. Azərbaycanın şahmat tarixində Fuad Cəfərovun mühüm xidmətləri olub. Moskvada ikiillik ali məşqçilər kursunu bitirmiş F.Cəfərov nəinki məşqçi və pedaqoq kimi nüfuz qazanıb, eyni zamanda, beynəlxalq hakim kimi ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil edib. Təsadüfi deyil ki, İlqar Bacarani, Sərxan Quliyev, Vladislav Verdixanov, Rauf Məmmədov, Nicat Məmmədov, Loğman Quliyev kimi güclü şahmatçılar məhz onun rəhbərliyi ilə yetişiblər. Fuad Cəfərovun tələbələri daim respublika və beynəlxalq miqyaslı yarışların mükafatçıları sırasında yer alıblar. 1983-cü ildə keçirilən ittifaq səviyyəli yarışda isə onun məşqçisi olduğu Bakı Pionerlər Sarayı komandasının ikinci yeri tutması da Fuad Cəfərovun xidmətləri ilə bağlıdır.
Şahmatın sirlərini ilk müəllimi Fuad Cəfərovdan öyrənən, onun istedadlı tələbələrindən olan beynəlxalq usta İlqar Bacarani ustadı barədə fikirlərini bölüşərək bildirib: “Fuad Cəfərov peşəkar müəllim, gözəl təşkilatçı, tanınmış hakim, əsl vətənpərvər idi. O, şagirdlərinə həmişə can yandırar, onların peşəkarlığının artırılmasına, insani münasibətlərə ciddi əhəmiyyət verərdi. Məhz Fuad müəllimin təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində xeyli işlər görülüb. O dövrdə “Ağ top” yarışlarının, eləcə də məktəblilər arasında ənənəvi şahmat turnirlərinin keçirilməsi, 1983-1988-ci illərdə “Bakı” qəzetinin şahmat rubrikasında verilən maraqlı kompozisiyalar da onun adı ilə sıx bağlıdır. Fuad Cəfərov mötəbər turnirlərin ölkəmizdə keçirilməsinə, eləcə də Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda iştirakına çalışır və buna nail olurdu. Təsadüfi deyil ki, məhz onun sayəsində hələ SSRİ dövründə Respublika Şahmat Mərkəzinin komandasını Almaniyaya dəvət etmişdilər”.
Uşaq yaşlarından şahmata xüsusi sevgisi olan Fuad Cəfərov hərbi xidmətdə olarkən Qafqaz qarnizonunun təmsilçisi kimi idmanın bu növü üzrə yarışlarda iştirak edirdi. O, yetirmələrinə şahmatın sirlərini öyrədir, eyni zamanda, axşamlar Hüquq fakültəsində təhsil alırdı. Fuad Cəfərovun idmanın bu növünə olan sevgisi onu ömrünün sonunadək şahmata bağladı. O, hüquq sahəsində işləmədi, ömrünü şahmata həsr etdi.
Müəlliminin yüksək insani keyfiyyətlərindən danışan beynəlxalq qrossmeyster Sərxan Quliyev bildirib ki, Fuad müəllim hər zaman yetirmələrinin yanında yer alır və onlara mənəvi dayaq olurdu. Onun təşkilatçılığı ilə keçirilən yarışlarda Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov kimi gənc şahmatçılar yetişiblər. Fuad müəllimin yetirmələri bu gün də ölkəmizin idman şərəfini uğurla qoruyurlar. Çox təəssüf ki, Fuad Cəfərov bu dünyadan vaxtsız köçdü. Şahmat ictimaiyyəti Fuad müəllimin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Çünki Fuad Cəfərovun mənəvi dünyasının zənginliyi, yüksək insani keyfiyyətləri və xeyirxahlığı onu tanıyanların yaddaşından silinməyəcək”.
Fuad Cəfərov şahmat ictimaiyyətində yüksək təşkilatçılıq qabiliyyətinə malik insan kimi tanınırdı. Təsadüfi deyil ki, Respublika Şahmat Mərkəzi fəaliyyətə başlayanda direktor vəzifəsinə onun namizədliyi irəli sürüldü. Fuad müəllimin 1986-cı ildən 2004-cü ilədək rəhbərlik etdiyi Respublika Şahmat Mərkəzi müxtəlif yaş qrupları üzrə şahmat yarışlarının keçirildiyi, gənc istedadlı idmançıların üzə çıxarıldığı məkana çevrildi. Şahmat Mərkəzi həmişə gənc istedadların üzə çıxarılması, uşaq və yeniyetmələrin idmanı, şahmatı sevməsində öz dəsti-xətti ilə seçilib. Demək olar ki, günün istənilən vaxtında mərkəzdə uşaq yaşlı şahmatçılara rast gəlmək mümkün olur. Müxtəlif yaş qrupları üzrə uşaq və yeniyetmələrin şahmatla məşğul olması onların zehni inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Uşaq yaşlarından idmanla, şahmatla məşğul olmaq gənc nəslin mənəvi inkişafının doğru istiqamətdə təşkil edilməsi deməkdir. Belə ki, gənc nəsil erkən yaşlarından şahmatın sirlərinə yiyələnməklə həm mənəvi, həm də zehni baxımdan inkişaf edir, kamilləşir. Respublika Şahmat Mərkəzinə uşaq və yeniyetmələrin axın etməsinin bir səbəbkarı da Fuad Cəfərov olub. Uşaqlarla fərdi işləmək bacarığı ilə həmişə seçilən Fuad Cəfərov onların şahmatı sevməsi üçün yorulmadan çalışırdı. Müxtəlif yaş qrupları üzrə təşkil edilən turnirlər uşaq və yeniyetmələrin bu idman növünə həvəsləndirilməsində böyük rol oynayırdı. Beynəlxalq qrossmeyster Aynur Sofiyeva həmin dövrlə bağlı xatirələrini bölüşərək deyib: “Fuad müəllim mənim xatirəmdə gözəl insan kimi qalıb. Onun Respublika Şahmat Mərkəzində yaratdığı gözəl ab-hava, idmançılara göstərdiyi diqqət və qayğı, gənc idmançılarla səmimi münasibət qurmaq bacarığı Fuad müəllimin ən böyük xüsusiyyətlərdən idi. Ona görə də şahmatçılar, xüsusən də gənc idmançılar arasında Fuad müəllimin böyük hörməti var idi. Fuad Cəfərova onun malik olduğu yüksək keyfiyyətlərinə görə həmişə hörmət bəsləmişəm və həmin gözəl hisslər bu gün də qəlbimdə yaşayır”.
Azərbaycanın şahmat tarixində özünəməxsus yeri olan Fuad Cəfərovun adı həmişə ehtiramla çəkilir, onun xatirəsinə həsr olunmuş turnirlər, yarışlar keçirilir.
Belə yarışlardan biri noyabrın 3-də Respublika Şahmat Mərkəzində start götürən beynəlxalq turnirdir.
İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan, Rusiya və Gürcüstandan 32 zəka sahibi birincilik uğrunda mübarizə aparır. Noyabrın 9-da yekun vurulacaq turnirin baş hakimi Nurəli Məmmədzadə, yarışın direktoru İlqar Bacaranidir. Beynəlxalq reytinqli şahmatçıların mübarizə apardığı turnir 7 turdan ibarətdir.
Turnirin açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, Fuad Cəfərovun ailə üzvləri, dostları, veteran şahmatçılar iştirak ediblər.
AŞF-nin vitse-prezidenti Faiq Həsənov görkəmli məşqçi Fuad Cəfərovun ölkəmizdə şahmatın inkişafına verdiyi töhfələr, onun təşkilatçılıq qabiliyyəti və yetirmələri barədə məlumat verib, onunla bağlı xatirələrini bölüşüb. Turnir iştirakçıları, eləcə də onunla uzun müddət bir yerdə çalışmış dostları və tələbələri Fuad Cəfərovla bağlı xatirələrini danışıb, şahmatın inkişaf etdirilməsindəki xidmətlərindən söz açıblar.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info