Sosial sığortaya görə “Doing Business 2015”də 32 pillə irəliləmişik
Tarix: 05.11.2014 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Azərbaycan iqtisadi dövlət olmaqdan sosial dövlətə çevrilmək yolunda bütün göstəricilərə nail olmaq əzmini hər addımda nümayiş etdirir. Çünki ölkə rəhbərliyi iqtisadi nailiyyətlərin sosial rifahda əks olunmasını qarşıya məqsəd qoyub. Bu baxımdan sosial rifah durmadan gücləndirilməkdədir. Son 10 ildə Prezidentin imzaladığı 50-yə yaxın dövlət proqramı nəticəsində iqtisadiyyatın həcmi 3,6 dəfə artıb. Adambaşına düşən nominal ümumi daxili məhsul hər 5 ildən bir 2 dəfədən sox artıb. Bu isə beynəlxalq hesabatlarda da əksini tapıb. Ölkəmiz Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupunda qərarlaşıb. "Dünya rəqabət qabiliyyətli 2013-2014" hesabatında Azərbaycan MDB ölkələri arasında son 5 ildəki birinciliyini qoruyub saxlayıb, makroiqtisadi mühit göstəricisi üzrə dünyada 8-ci, ümumi milli yığımın ümumi daxili məhsula nisbətinə görə 10-cu, dövlət borcunun ümumi daxili məhsula nisbətinə görə 13-cü yerdə qərarlaşıb.
Beləliklə, ölkədə vətəndaşların rifahının yaxşılaşdırılmasına nail olunub, milli iqtisadiyyatın sosial yönümlülüyü daha da artıb. Nəticədə ötən 10 ildə əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Yoxsulluq səviyyəsi 5,3 faizə enib və hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır.
Bütün bu göstəricilərlə bərabər, ölkənin sığorta-pensiya sistemində də köklü dəyişikliklər baş verib. Bundan əlavə, “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.
Vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, mobil sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.
Bu sistemlə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub. Nəticədə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatıb.
Bu artımlar və əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib. Bu göstərici 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-ci ildə 5% nəzərdə tutulub. Hazırda 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 8,8 % təşkil etdiyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,52%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.
Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemin - qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 2 milyon 800 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib. Həmçinin mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunması və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapması da qeyd edilməlidir. Pensiyaların davamlı artırılmasına dair Prezidentin qəbul etdiyi ardıcıl qərarlar nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir. 2003-2014-cü illərdə əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatıb. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması (Azərbaycan 95,2%, Belarus 79,8%, Rusiya 70,4%) xüsusi qeyd olunmalıdır.
Qeyd edilənlərdən əlavə, ölkədə pensiyaçıların etibarlı sosial müdafiəsini daimi etmək üçün xüsusi tədbirlər həyata keçirilir. Məsələn, milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınır və pensiya təminatı daim yenilənən müasir tələblərə uyğunlaşdırılır. Burada pensiya sistemlərinin səmərəliliyinin uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olması nəzərə alınır.
Həmçinin, ölkə iqtisadi inkişaf baxımından regionda lider olmaqdan dünya iqtisadi arenasında yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməkdədir.Buna nail olmaq üçün strateji baxış və əsas prioritetlər "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə müəyyən olunur. Bir tərəfdən növbəti inkişaf mərhələsində iqtisadi fəaliyyətin yeni istiqamətləri, digər tərəfdən isə beynəlxalq bazara daha üstün inteqrasiya vasitələrini formalaşdırılır. Ölkədə pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinin hazırkı səviyyəsi qorunarsa, pensiya sisteminin əsas səmərəlilik göstəricisi olan əvəzetmə əmsalı, yəni pensiyanın orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti göstəricisi üzrə də daha yüksək hədəflər diqqətə alınacaq.
Bütün bunlarla əlaqədar, qlobal çağırışların pensiya sistemləri qarşısına qoyduğu mühüm vəzifələr nəzərə alınmalıdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, yeni mərhələdə pensiya islahatlarının başlıca hədəfləri kimi bir sıra məsələlər nəzərdə: tutulub: şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemində uzunmüddətli dövr üçün maliyyə dayanıqlığına və sosial sığorta prinsiplərinin tam təşəkkül tapmasına nail olmaq;
vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması.
Hazırda qeydiyyatda olan sığortaolunanların təxminən 1,5 milyon nəfərinin muzdla işləyənlər olduğu bildirilir. Onlar üzrə məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı fondunun 25 faizi həcmində ödənilir. Digərləri isə daha aşağı sosial sığorta normativi ilə (minimum aylıq əməkhaqqının 2-50 faizi məbləğində) sosial sığorta haqqı ödəyənlərdir. Pensiya hüququ əldə etmək üçün sığorta stajına tələb, gözlənilən pensiya ödənişi müddəti və təyin olunan pensiyanın hesablama qaydasının eynilyi şəraitində həmrəylik prinsipinə əsaslanan pensiya sistemi üçün bu şərtlər böyük çətinliklər törədir və sığorta prinsiplərinin tam gözlənilməməsi ödənilən sosial sığorta haqları ilə əlaqəsi olmayan xərclərin xüsusi çəkisinin artımına şərait yaradır.
Növbəti mərhələdə pensiya islahatlarının ikinci əsas hədəfinə, yəni vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasına nail olmaq məqsədilə Azərbaycanın perspektiv inkişafının yaradacağı maliyyə-iqtisadi və institusional imkanlar cəlb edilə bilər.
İlkin AĞAYEV

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun jurnalistlər arasında keçirdiyi “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzusunda müsabiqəyə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info