Müasir teatr problemlərinə həsr olunan beynəlxalq konfrans
Tarix: 05.11.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Dünən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, xarici qonaqların iştirak etdikləri konfransda əvvəlcə birinci və ikinci Bakı Beynəlxalq Teatr konfranslarından bəhs edən videomaterial nümayiş olunub.
Beynəlxalq teatr konfransını açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının inkişaf yolundan danışıb.
Bildirib ki, Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də Azərbaycanın mədəni həyatında önəmli hadisədir və ictimaiyyət tərəfindən maraqla izlənir. Nazir belə tədbirlərin Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm kimi dəyərləri yüksək qiymətləndirməsinə əyani sübut olduğunu söyləyib. Konfransda dünyanın 45 ölkəsindən teatr nümayəndələrinin iştirak etdiyini deyən nazir bildirib ki, əsas məqsəd yaradıcı, qarşılıqlı anlaşma çərçivəsində çağdaş teatrın problemlərinə yardımçı olmaqdır. Azərbaycan teatr tarixinin zəngin inkişaf yolundan danışan Ə.Qarayev son illər ölkəmizdə yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb və bu istiqamətdə “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini xüsusi vurğulayıb. Ümummilli lider Heydər Əliyevin teatr sənətinə böyük diqqət göstərdiyini deyən nazir milli mədəniyyətimizin inkişaf yolunun bilavasitə onun adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, hazırda ulu öndərin müvafiq strategiyası Prezident tərəfindən uğurla davam etdirilir və ölkəmizdə teatrın inkişafına dair müxtəlif sənədlər qəbul olunub. Azərbaycan teatrı hər zaman xalqımızın milli-mədəni dəyərlərinin qorunması, təbliği, mütərəqqi ideyaların aşılanması işinə xidmət edib.
Prezidentin sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edilib. Bu proqram Azərbaycan teatrının zəngin bədii irsinin qorunması, ümumbəşəri və milli dəyərlərin təbliği, teatr sahəsində islahatların aparılması, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, milli teatr sənətinin inkişafı, yeniləşməsi və beynəlxalq teatr məkanında layiqli yer tutması məqsədlərinə xidmət edir.
Bu il artıq üçüncü dəfədir ki, Bakıda müasir dövrün teatr problemlərinə həsr olunan beynəlxalq konfrans keçirilir. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bildirib ki, Azərbaycan öz multikulturalizm təhlükəsizliyini yaradır. Bu gün Azərbaycanın ən ucqar nöqtəsində belə multikulturalizmə nail olunubsa, bu, xalqımızın uzun əsrlərdən gələn mədəni dəyərlərinin qorunub saxlanmasının nəticəsidir. Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jan Trüdo bu konfransın müvafiq sahədə əməkdaşlığa böyük imkan yaratdığını, çağdaş teatrımızda hamımız üçün faydalı olacağını söyləyib. Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti xanım İvet Hardi konfransa müzakirə olunacaq məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini bildirib.
Konfransa dəvət olunduğuna görə təşkilatçılara minnətdarlıq edən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais bildirib ki, artıq Bakıya beşinci dəfədir gəlir. Təmsil etdiyi təşkilat barədə məlumat verən qonaq vurğulayıb ki, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası multikultural təşkilatdır. Beynəlxalq assosiasiya təxminən 63 ölkədə fəaliyyət göstərir. Assosiasiyanın oxucularla birbaşa ünsiyyət qurması üçün jurnal çap etdirdiyini söyləyən Mişel Vais deyib ki, nəşrin redaksiya komitəsinə 20 ölkədən tanınmış teatr mütəxəssisləri cəlb olunub. Sonra konfrans plenar iclaslarla davam edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Prezident: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
29.09.2020
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
29.09.2020
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
29.09.2020
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
29.09.2020
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info