Azərbaycan-Gürcüstan biznes forumu keçirilib
Tarix: 05.11.2014 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Gürcüstanda 300-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir
Bakı Biznes Mərkəzində Azərbaycan-Gürcüstan biznes forumu keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş forumda çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan və Gürcüstan arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verib.

Qeyd edilib ki, hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, turizm, sənaye, konsaltinq, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının iştirakı ilə keçirilən biznes forum da iş adamları arasında əlaqələrin inkişafına töhfə verəcək. Rüfət Məmmədov Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini və artıq yerli şirkətlərin bir sıra xarici ölkələrə sərmayələr yatırdığını qeyd edərək Gürcüstanın bu istiqamətdə xüsusi yer tutduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, hazırda nəqliyyat, kənd təsərrüfatı, sənaye, rabitə, xidmət və s. sahələrdə 194 Gürcüstan şirkəti Azərbaycanda, 300-dən çox Azərbaycan şirkəti isə Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalara görə Azərbaycan şirkətləri aparıcı yerləri tuturlar. AZPROMO rəhbəri Gürcüstanla müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb və Gürcüstanla müştərək turizm marşrutlarının müəyyən edilməsinin məqsədəuyğunluğunu qeyd edib. Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri David Baladze Acarıstanda xarici investorlar üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığını bildirib və Acarıstana investisiya qoyuluşu imkanları barədə məlumat verib. David Baladze azərbaycanlı iş adamlarını Acarıstan Muxtar Respublikasında investisiya layihələrində fəal iştiraka dəvət edib. Tədbirdə AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair, Acarıstanın İqtisadiyyat və Maliyyə Nazirliyinin İqtisadi inkişaf departamentinin baş mütəxəssisi Uça Surmanidze “Acarıstan investisiyalar üçün əlverişli məkandır”, Batumi Turizm Agentliyinin Turizm və Kurort Departamentinin direktoru Sofia Lazişvili “Acarıstan turistlər üçün əlverişli məkandır” mövzusunda təqdimatlarla çıxış ediblər.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə acizdir
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
2 Xalqımızın halal haqqı
3 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
4 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
5 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info