Həsən Ruhani gələn həftə Azərbaycana səfər edəcək
Tarix: 06.11.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani gələn həftə Azərbaycana səfər edəcək.
İRİB-in verdiyi məlumata görə, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi bildirib.
Onun sözlərinə görə, Ruhaninin Azərbaycana səfəri çərçivəsində 10 sənədin imzalanması gözlənilir.
İran-Azərbaycan hökumətlərarası müştərək əməkdaşlıq komissiyasının həmsədri olan Vaizi qeyd edib ki, prezidentlərin görüşü zamanı Azərbaycandan elektrik enerjisinin nəqli və alınması, sərhəd çaylarının suyundan istifadə, gömrük əlaqələrinin nizamlanması, nəqliyyat, enerji və turizm məsələləri müzakirə olunacaq.
M.Vaizi əlavə edib ki, hazırda iki dövlət arasında ticarət əlaqələri 100 milyon ABŞ dolları həcmindədir, lakin bu rəqəmi artırmaq olar.
Nazir onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 9-da Tehrana səfərindən sonra ikitərəfli münasibətlər xeyli inkişaf edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
15.09.2019
Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info