ADA Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Tarix: 06.11.2014 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Vaşinqtonda ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı (ADT) arasında əməkdaşlıq sazişi imzalanıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, bu münasibətlə təşkilatın Vaşinqtonda yerləşən mənzil qərargahında ADA Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin Baş katibi Xose Manuel İnsulzanın adından təşkilatın İnkişaf üzrə İcraçı Katibi xanım Şeri Trosun iştirakı ilə imzalanma mərasimi təşkil edilib.
Əməkdaşlıq sazişi ADT-nin müvafiq dəstəyi əsasında, ADA Universiteti və təşkilatın üzv dövlətlərində yerləşən təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və eləcə də qarşılıqlı mədəni proqramlarda iştirakı nəzərdə tutur.
Mərasimin ardınca tərəflər arasında yenicə bağlanmış sazişin perspektivləri haqqında fikirlərini bölüşmüş Hafiz Paşayev həmin sənədin ADA Universitetinə dünyanın bu bölgəsini təmsil edən tələbələrin daha geniş şəkildə cəlb edilməsinə imkan yaradacağını qeyd edib. O əlavə edib ki, ADT ilə əməkdaşlıq eyni zamanda Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir təsisat kimi tanıdacaq. Hafiz Paşayev ADT təmsilçilərini həmçinin ADA Universitetinin qısa tarixçəsi və gələcək planları haqqında məlumatlandırıb.
Mərasimdə ADT adından çıxış etmiş İnkişaf üzrə İcraçı Katib xanım Şeri Tros və Beynəlxalq Münasibətlər üzrə Katib Alfonso Qinonez ADT və Azərbaycan arasında əlaqələrə toxunaraq, ADA Universiteti ilə imzalanmış sazişin bu əlaqələrə yetirəcəyi əhəmiyyətli töhfəni qeyd edib və həmin əməkdaşlıq sazişi vasitəsilə Azərbaycanın ADT üzv dövlətlərində insan kapitalının inkişafına verəcəyi dəstəyin faydasını vurğulayıblar.
Qeyd edək ki, 1889-cu ildə təsis edilmiş Amerika Respublikalarının Beynəlxalq İttifaqının varisi olan ADT 35 üzvə malik olaraq, tərkibində Amerika qitəsinin bütün müstəqil dövlətlərini birləşdirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info