Nəhəng ilana könüllü yem olacaq
Tarix: 06.11.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Amerikalı rejissor-naturalist Pol Rozoli dünyada indiyədək kimsənin etmədiyini gerçəkləşdirəcək. O, könüllü olaraq özünü anakondaya yem edəcək.
Discovery Channel telekanalında dekabrın 7-də nümayiş olunacaq "Diri-diri yeyilən" (Eaten Alive) sənədli filminin çəkilişləri üçün Braziliyaya, Amazon cəngəlliklərinə yollanmış 26 yaşlı Pol Rozoli ən böyük ilan sayılan anakondaların olduğu məkanda xüsusi kostyumda bu dəhşətli sürünənlə qarşılaşacaq.
Əynindəki xüsusi kostyum vasitəsilə ilanın qarnında nəfəs ala biləcək Pol Rozoli bu ölümcül riskli tryukundan çəkinmir.
"İlanın diri-diri udacağı və ilanı içdən, daxildən çəkəcək ilk insan mən olacağam. Çox qəribə, ekstremal macəradır və buna hazırlaşıram", - deyə Pol Rozoli deyib.
İlanın diri-diri udacağı Pol anakondanın qarnında çəkilişlər aparandan sonra, yəni 4 dəqiqə keçəndən sonra sürünənin qarnını içəridən bıçaqla yararaq çölə çıxacaq.
Pol Rozoli ABŞ-ın Nyu-Cersi ştatının sakinidir. "Amazon cəngəlliklərinin İndiana Consu" adlandırılan Pol indiyədək Hindistan, İndoneziya, Braziliya və Perunun təbiəti, yırtıcıları ilə bağlı bir neçə sənədli film çəkib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Malayziyada çirkli hava şəraiti həyatı ifliç etdi
18.09.2019
“Şeytanın qidası” adlandırılan tərəvəz haqqında bilmədikləriniz
18.09.2019
Alimlәr әn böyük neytron ulduzu müәyyәn ediblәr
18.09.2019
Hindistanda elektron siqaret qadağan edildi
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info