Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 911 942 nəfərə yüksəlib
Tarix: 06.11.2014 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2 faiz artıb. Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 911 942 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,05 faizi (1 719 281 nəfər) kişi, 40,95 faizi (1 192 661 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,9 faizini (697 439 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,9 faizini 30-40 yaş arasında olan vətəndaşlar , 21,6 faizini (627 993 nəfər) 40-50 yaş aralığında olan vətəndaşlar, 20,5 faizini (598 752 nəfər) 50-60 yaş aralığında olan vətəndaşlar, 10,1 faizini (294 032 nəfər) 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür
17.09.2020
Səbail RİH Buxta 9 ünvanındakı evlərlə bağlı FHN-ə müraciət edib
17.09.2020
Azərbaycanda 7000-dən çox saxta əlillik ləğv edilib
16.09.2020
Heydər Əliyev Fondunun ölkə təhsilinə növbəti töhfəsi
16.09.2020
Bu il şəhid ailələri və əlillərə 1500 mənzil veriləcək - Nazirlik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info