Müsavatdan AXCP-yə ittiham: “Əli Kərimlini yalnız şəxsi ambisiyaları maraqlandırır”
Tarix: 06.11.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Müsavat Partiyasının məclis üzvü, yeni seçilən partiya başqanının qardaşı Mustafa Hacıbəyli deyib ki, “Milli Şura”nın təşkil etdiyi mitinqin nə məhbuslara, nə də ümumilikdə müxalifət düşərgəsinə aidiyyəti var: “Əli Kərimlini yalnız şəxsi ambisiyaları maraqlandırır. “Milli Şura”nın yeganə müxalifət qüvvəsi olduğunu sübut etmək istəyirlər”.
M. Hacıbəyli “Milli Şura”nın sədri Cəmil Həsənli də ittiham edərək, onun Ə. Kərimlinin diktəsi ilə hərəkət etdiyini vurğulayıb: “Mən “Milli Şura”nın sədri Cəmil Həsənlinin mövqeyinə təəccüb edirəm. Müsavat partiyası o vaxt “Milli Şura”nın tərkibində, ümumi maraqlar naminə Cəmil Həsənlinin namizədliyini irəli sürdü. İsa Qəmbər prezidentliyə namizədliyini geri götürərək, Cəmil Həsənlini dəstəkləmişdi. Amma təsəvvür edin ki, Cəmil Həsənli Əli Kərimlinin qorxusundan “Milli Şura”nın mitinqində bizə, İsa Qəmbərə salam vermədi. Görünür, o, Əli Kərimlidən çəkindiyi üçün belə addım atdı. Bu, Cəmil Həsənliyə yaraşmayan hərəkətdir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə açıqlamasında mitinq ərəfəsində müxalifətdaxili münaqişələrə qarışmaq istəmədiyini deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Baş nazirin müavini cəbhə boyu yaşayış məntəqələrində olub
26.09.2020
Cəbhə xəttindən uzaq durun
25.09.2020
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
25.09.2020
Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib
24.09.2020
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info