Qəddafinin qohumları ölkənin xilas olması naminə düşmənlərlə barışmağa hazırdırlar
Tarix: 06.11.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Müəmmər Qəddafinin tərəfdarları, dul qadını və uşaqları da daxil olmaqla qohumları ölkədə vəziyyət sabitləşdikdən sonra Liviyaya qayıtmağa hazırlaşırlar. Bunu Liviyanın keçmiş liderinin əmisi oğlu və müşaviri, hazırda Misirdə yaşayan Əhməd Qəddaf əd-Dam bildirib. “Trend” xəbər verir ki, bu barədə TASS “Times” qəzetinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, hökumət qoşunlarının islamçıların əlində olan iri şəhərlər üzərində nəzarəti ələ ala bilərlərsə, ailə üzvləri yaxın iki ay ərzində vətənə qayıda bilərlər. Bu barədə ölkə rəhbərliyi ilə danışıqlar aparılır.
Əhməd Qəddaf əd-Dam bildirib: "Biz nikbin əhval-ruhiyyədəyik, bir neçə aydan sonra Liviyaya sülh gələcək. Və onda biz hamımız birlikdə Liviyaya qayıdacağıq".
O, həmçinin bəyan edib ki, Qəddafinin qohumları ölkənin xilas olması naminə düşmənlərlə barışmağa hazırdırlar.
Müəmmər Qəddafi 2011-ci ildə müxalifət tərəfindən devrilib və öldürülüb. O zamandan bəri ölkədə son dərəcə qeyri-sabit vəziyyət hökm sürür, islamçılarla hökumət qoşunları arasında silahlı münaqişə davam edir. Bu vəziyyət faktiki olaraq ölkədə ikihakimiyyətliliyə gətirib çıxarıb.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Burkino-Fasoda kilsəyə hücum zamanı ölənlərin sayı
18.02.2020
Venesuelada cinayətkar qrupunun silahlıları saxlanılıb
17.02.2020
İran ölkəni tərk edən xarici şirkətlərə xəbərdarlıq etdi
17.02.2020
Həsən Ruhani: “İran müharibə istəmir”
17.02.2020
Trampla Ərdoğanın telefon danışığının təfərrüatları

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info