Azərbaycanda bütün dinlərə və millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirilir
Tarix: 06.11.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkədəki Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Milli Tolerantlıq Mərkəzində olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Fransa parlamentinin üzvlərindən, hüquqşünas, jurnalist, elm və mədəniyyət xadimlərindən ibarət heyətə Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilmiş sosial, mədəni və akademik layihələr, o cümlədən gələcək planlar haqqında geniş məlumat verilib.
Mərkəzin icraçı direktoru Elmin Əliyev qeyd edib ki, Azərbaycan həmişə müxtəlif etnik və dini qrupların birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkan olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan bu layihələrin əsas məqsədi Azərbaycanda tarixən mövcud olmuş birgəyaşayış ənənəsinin, qarşılıqlı hörmət prinsipinin yaşadılması, habelə, Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılmasıdır.
Görüşdə iştirak edən qeyri-müsəlman icma nümayəndələrindən Robert Mobili, Moisey Bekker, Rasim Xəlilov və digərləri Azərbaycanda bütün dinlərə və millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirildiyini, dövlət tərəfindən bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləndiyini vurğulayaraq ölkə rəhbərliyinin din sahəsinə diqqət və qayğısından danışıblar.
Qonaqlar isə Azərbaycandakı milli-mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin unikallığını və bu sahədə görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. J. Mansel nəzəri və praktiki əsasları olan Azərbaycan tolerantlıq modelinin Fransada tanıdılması üçün əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Birgə fəaliyyət istiqamətində konkret təkliflərin hazırlanması üçün iki qurum arasında razılıq əldə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info